Millimizin sabiq üzvü Fərrux İsmayılov Qol.Az saytına müsahibə verib
- Geridə qoyduğumuz mövsümü necə dəyərləndirərdin, hansısa inkişaf görə bildin?
- 2-3 komanda var ki, onlarda yüksəliş oldu. Lakin sizə deyim ki, tətbiq olunan “altılıq” sistemi bizə lazım deyil. Çünki bütün diqqətlər ancaq ilk “altılğ”a yönəlir və ikinci “altılıq” diqqətdən kənarda qalır. Bundan başqa, ikinci “altılıq”da çıxış edən futbolçular da özlərini yaxşı tərəfdən göstərməkdə maraqlı olmurlar. Düşünürlər ki, onsuz da oyunumuza gəlib baxan da yoxdur, niyə özümüzü öldürək? Halbuki onların da oyunlarına baxmaq lazımdır. Çünki ikinci “altılıq” komandalarında elə istedadlı uşaqlar var ki, Azərbaycan futbolunun gələcək ulduzu ola bilərlər. Bu cür şeylərə görə, “altılıq” sisteminin tərəfdarı deyiləm.
- Bəs, hansı komandanın oyununu xüsusi qiymətləndirdin?
- “Bakı” klubunda çalışdığım üçün demirəm, amma bu klubun son turlarda göstərdiyi kefiyyətli futbolu və kuboku qazanmalarını nəzərə alsaq, oyunu mənim xoşuma gəlir. “Qarabağ”ın da çıxışını qeyd etmək istərdim. Lakin son turlarda o komandada nələrin baş verdiyini başa düşə bilmədim.
- Bu il avrokuboklarda çıxış edəcək klublarımız arasında hansını daha iddialı görürsən?
- Bunu dəqiq söyləmək çox çətindi. Ümumiyyətlə, heç kim qabaqcadan deyə bilməz ki, filan komanda daha yaxşı çıxış edəcək. Futbol elədir ki, burada top yumru, meydança düzdür. Çox istərdim ki, bütün komandalarımız uğur qazansın.
- Bu gün millimiz Andorra ilə növbəti yoxlama oyununa çıxacaq. Necə düşünürsən, rəqibi məğlub edə biləcəyik?
- Mənə elə gəlir ki, minimum heç-heçə oynaya bilərik. Düzdür, qələbə qazansaq, daha yaxşı olar. Lakin bir şeyi də deyim ki, Andorranı zəif komanda hesab etmək düzgün deyil. Uşaqlar meydançada gərək maksimum güc sərf etsinlər ki, yaxşı nəticə qazana bilək.
- Millimizin oyununda inkişaf görürsən?
- Ümumi götürdükdə, inkişafdan danışmaq düzgün olmaz. Bəzi futbolçular var ki, millidəki çıxışları ilə seçilirlər. Məsələn, Əfran İsmayılov, Rauf Əliyev, Vuqar Nadirov kimi gənc futbolçuları qeyd etmək olar. Ancaq ümumi planda ciddi dəyişiklik görmürəm. Sadəcə, bizim dövrlə müqayisədə, maddi durum xeyli yaxşlaşıb. Oyun planında inkişaf hiss olunmur. Bizim dövrümüzdə futbolçular kolbasa –çörək yeyib meydançaya çıxırdısa, indikilərə “qa” deyirlər qa olur, “qu” deyirlər qu. Belə bir şəraitin olmasına rəğmən uduzmaqları, çox utandırıcı haldır. Demirəm ki, uduzmaq olmaz. Futboldu, komanda udar da, uduzar da. Ancaq bəzən elə komandalara məğlub olurlar ki, adama çox pis təsir edir. Məsələn Fələstin kimi futbolu olmayan bir ölkəyə uduzmaq...
- O zaman belə çıxır ki, Andorraya uduzsaq, bu, bizim üçün faciə olacaq?
- Yox, faciə deməzdim. Yeri gələndə o qədər zəif komandalara uduzmuşuq ki. Bunun hamısını faciə kimi qələmə versək, nə oldu? Ancaq Andorra kimi komandaları mütləq məğlub etmək lazımdır. Uduzmaq bizim üçün də pisdir. Mən özüm il ərzində bir çox xarici ölkələrə səfər edirəm. İstəmirəm görəndə desinlər ki, Azərbaycan millisi yenə zəif rəqibə məğlub oldu.
- Azərbaycan-Andora matçında hesabın necə olacağını barədə proqnoz verə bilərsən?
- Hesab edirəm ki, rəqibi 2:1 hesabıyla məğlub edə bilərik
Əli HƏYATİ
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video