“Xəzər Lənkəran” klubunun baş məşqçisi Yunis Hüseynovun Qol.az saytına müsahibəsi
- Hazırda komandada vəziyyət necədir?
- Elə bir dəyişiklik yoxdur. Sadəcə, Şəhriyar Xəlilov “Qəbələ” klubuna keçdi. İyunun 2-də komanda Bakıya yığılacaq. İlk öncə, futbolçular tibbi müayinədən keçəcək. İyunun 5-i axşam isə komanda Avstriyaya yola düşəcək.
- “Xəzər Lənkəran”ın heyətinə cəlb etmək istədiyiniz futbolçular daha çox hansı ölkənin təmsilçisi olacaq?
- Əcnəbi futbolçuların gəlişi istisna deyil. Ancaq əsasən yerli futbolçulara üstünlük verəcəyik. Bu futbolçuların axtarışıyla bağlı işlər gedir. Xüsusən də, hücum və yarımmüdafiə xətlərini gücləndirmək istəyirik.
- Avroliqa kimi çətin bir turnirdə yerli futbolçularla nəsə edə biləcəyinizə əminsiniz?
- Demirəm ki, transfer edəcək futbolçularımız hamısı yerli futbolçular olacaq. Həm yerli, həm də legionerlər oyunçuları heyətə qatmaq barədə düşünürük. Sadəcə olaraq, onlar arasında rəqabət yaratmaq istəyirik.
- Komandanın qapıçısı Kamran Ağayevin klubla müqaviləsinin müddəti artıq başa çatıb. Bununla bağlı məsələ nə yerdə qaldı?
- Onunla artıq danışığımız olub. Komandada qalmasıyla bağlı heç bir problem yoxdur. Millinin heyətindən qayıtdıqdan sonra “Xəzər Lənkəran”la müqavilə bağlayacaq.
- Ancaq Kamran özü Avropada oynamaq isdədiyini qeyd etmişdi...
- Nəinki onun, bütün azərbaycanlı futbolçularının Avropada oynamasını istərdik. Çünki bu çox gözəl bir hal olar. Lakin Avropada oynamaq məsələsi alınmasa, komandada qalacaq.
- Ümumiyyətlə, Kamranı rəhbərliyiniz altında görmək istəyirsiniz?
- Əlbəttə. Kamran Azərbaycanda bir nömrəli qapıçıdır.
- Heyətdə rəqabət yarada biləcək daha bir qapıçı almağı planlaşdırmısınız?
- Bu, sonranın işidir. Buna hələ qarşıdakı vaxtlarda baxacağıq.
- Bir vaxtlar millinin şərəfini qorumuş futbolçu kimi, Andorra yığmasıyla bugünkü qarşılaşmada Azərbaycan komandasından nə gözləyirsiniz?
- Yaxşı oyun. Həmçinin qələbəyə ümid edirəm. Yaponiyayla oyunda komandanın çoxdan məşq etməməsi də öz sözünü dedi. Həmin oyundakı futbolçularımızın çoxusu məzuniyyətdə olan futbolçular idi. Lakin indi komanda bir həfdədir ki, Almaniyada bir yerdə məşq edir. İnanıram ki, bugünkü görüşdə millimiz özünü yaxşı tərəfdən göstərəcək.
- Millimizin oyununda hər hansı bir yenilik, inkişaf görürsünüz?
- Komandanın zəif çıxış etməsini futbolçuların xeyli yorğun olmasıyla bağlayıram. Ona görə də istənilən oyun sərgiləyə bilmədilər. Bir də ki bu haqda çox danışmaq istəməzdim.
Əli HƏYATİ
Azərbaycan minifutbol millisi ikiqat Avropa çempionu oldu!
A seriyası klubu baş məşqçisini göndərdi
"Tottenhem"in təklifini rədd etdi
Mühüm islahatlara imza atan rəhbər vəzifəsini tərk edəcək
"Bizi Azərbaycan yığması ilə çətin matç gözləyir"
"Hədəf həm sınaq, həm də qələbədir" - Ayxan Abbasov
Ayxan Abbasov: "Elvin özünə yeni klub tapmalıdır" - Video
"İrəli xətdə hər kəsdən qol gözləyirik" - Siyasət Əsgərov
"Səbrli olun, ən yaxşı məşqçini seçəcəyik"
Verdiyi sual rəhbərliyi qəzəbləndirdi
"Ayntraxt"dan getsə, klub 60 milyon qazana bilər
Mourinyodan Türkiyəyə qarşı rəsmi şikayət
"Karvan-Yevlax" onunla yollarını ayırdı
"Sabah" millinin üzvü ilə müqaviləni uzatdı
"Qarabağ" DÇ-2026-ya yollanacaq futbolçunu transfer edir
"Bayer"də baş məşqçi dəyişikliyi - Rəsmi
“Ayın qolu” layihəsində qaliblər açıqlandı
"Qəbələ" də kapitanla vidalaşdı
Yankoviç "Qarabağ"da qalır? - Özü açıqladı
“Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
"Sabah" kapitanla yolları ayırdı
Marko Rouz Premyer Liqa klubunda - Rəsmi
"Fulhem"də baş məşqçi ayrılığı
Azərbaycandan ayrılıb İsrail klubuna keçdi
"Şamaxı"dan gedənlərin sayı 15 oldu
"Çelsi"nin əfsanəsi vəfat etdi
“Trabzonspor” futbolçusunu AEK-ə satdı
Azərbaycan millisini finala aparan qələbə - Video
Mourinyo həmin videonu süni intellekt adlandırdı
"Liverpul" yeni baş məşqçi ilə müqavilə bağlayıb
Addaidən “Qarabağ” paylaşımı
Niderland öz meydanında Əlcəzairə uduzdu
İtaliya millisindən çətin qələbə
“Çempion olmaq istəyirik” - Elşad Quliyev
Azərbaycan millisi finalda - Avropa çempionatı
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bilindi
"PSJ-yə uyğunlaşmaq çox çətindir"
Yamal zirvədə, Arda Güler 2-ci yerdə