Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev Qol.Az saytına müsahibəsi
- Artıq PFL-ə seçkilər yaxınlaşır. Hazırda bu məsələdə vəziyyət nə yerdədir? Konkret olaraq, siz öz namizədliyinizi irəli sürmüsünüz? Bundan başqa, digər namizədlər olacaqmı?
- Hələ ki, bu haqda heç bir açıqlama verə bilməyəcəm. Çünki hazırda çempionat davam edir və bütün fikrimiz buna yönəlib. Seçkilər gələn ay olacaq. Bir sözlə, hələ vaxta var.
- Ümumiyyətlə, PFL-ə seçkinin prosedurası necədir?
- Seçkidə bütün klub rəhbərləri iştirak edəcək. Yəni, qərarı onlar qəbul edəcək. AFFA İcraiyyə Komitəsi (İK) isə qərarı təsdiqləyəcək.
- “Neftçi” artıq rəsmən bu mövsümün çempionu oldu. Ötən il onlara kubokun təqdimatı təntənəli şəkildə Tofiq Bəhramov adına Respublika stadionunda baş tutdu. Ancaq hazırda həmin arena təmirdədir və “Neftçi” “Qəbələ”ni İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda qəbul edəcək. Bu, PFL-in planlarına mane olmayacaq?
- Xeyr. “Neftçi” rəqibini hansı stadionda qəbul etsə, biz kuboku həmin stadionda təntənəli şəkildə onlara təqdim edəcəyik.
- Ötən ilki ilə müqayisədə, budəfəki təqdimat mərasimində yeniliklər olacaq?
- Bəli.
- PFL prezidenti kimi son turda keçiriləcək “İnter”-“Bakı” matçı ətrafında dolaşan söhbətlərə münasibətiniz necədir? Ümumiyyətlə, siz tərəfdən bununla bağlı hər hansı bir tədbir görülməsi nəzərdə tutulubmu?
- Öncə ondan başlayım ki, bu cür söhbətlər daha əvvəl də olub. Məsələn, iki mövsüm öncə son turda “Qarabağ”la “Neftçi” qarşılaşırdı. Həmin vaxt deyirdilər ki, “Neftçi” oyunu verəcək. Amma matç 0:0 bitdi və “İnter” çempion oldu. Bundan başqa, “Xəzər Lənkəran” - “Bakı” matçını xatırlayın. Onda da “Bakı”nın Lənkəran klubuna oyun verəcəyi deyilirdi. Ancaq payxat klubu rəqibini səfərdə məğlub etdi. Bu cür söhbətlər təkcə Premyer Liqada yox, I Divizionda da yayılır. Ötən gün bu cür məlumatlar yaymışdılar ki, guya “Qaradağ Lökbatan” birinci yeri təmin etdiyindən oyunu “Karvan”a verəcək. Lakin bildiyiniz kimi, Lökbatan təmsilçisi rəqibini 2:0 hesabıyla məğlub etdi. Deməyim odur ki, bu cür söhbətlər həmişə olub, bundan sonra da olacaq. Bununla belə təbii ki, PFL olaraq şübhələndiyimiz oyunlar olarsa lazımı tədbirlər görəcəyik.
Anar XANLAROV
"Arsenal"a keçə bilər
Azərbaycan millisi Maltaya uduzdu
FİFA "pulsuz" satılan biletlərin ödənişini tələb edir
Slot London klubunun təklifini rədd etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Xəyal Əliyev zədələndi, meydanı xərəkdə tərk etdi - Video
Sadıq Sadıqov dünyasını dəyişdi
"Şamaxı" onu da yola saldı
Mbappe artıq ən bahalı futbolçu deyil
Azərbaycan - Malta: Heyətlər
DÇ-2026-nın "ölüm qrupu"nda hansı ölkələr var?
Messi və Son Hın Min eyni komandada
Azərbaycan millisi Macarıstana uduzdu
"Yeni transferlər olacaq" - Zaur Həşimov
Millinin futbolçuları arasında gərginlik - Şəkil
"Neymar sabah müayinədən keçəcək"
"Real" aşağı liqaya düşən klubun futbolçusuna göz dikdi
Misli Premyer Liqası klublarına nə qədər ödəniş ediləcək?
“Şəfa” yeni baş məşqçisini açıqladı - Şəkillər
"Liverpul"dan ayrılan futbolçu "Tottenhem"də - Rəsmi
"Beşiktaş"ın yeni baş məşqçisi açıqlandı
Səhhətində narahatlıq yarandı, millidən ayrıldı
Mehriban Əliyeva Avropa çempionu olan millini təbrik etdi