“İnter” klubunun yarımmüdafiəçisi Petar Zlatinovun Qol.Az saytına müsahibəsi
- Unibank Premyer Liqanın 31-ci turunda Quzanlıda “Qarabağ”a 0:1 hesabıyla məğlub oldunuz. Bu qarşılaşma barədə nə deyərdin?
- Çətin bir oyun olduğunu söyləyə billərəm. Meydana qələbə qazanmaq və yaxşı futbol nümayiş etdirməyə çıxmışdıq. Lakin bu bizdə istədiyimiz kimi alınmadı və məğlub olduq. Lakin hələ Avroliqa şanslarımız qalmaqdadır. Sonuncu turda əgər “Bakı” üzərində qələbə qazana bilsək, avrokuboklara vəsiqəni təmin edəcəyik.
- Necə düşünürsən, məğlubiyyətin səbəbi nə oldu?
- Hər zaman rəqibinə qol vura bilmədiyin üçün məğlub olursan. Bu görüşdə də bizim çatışmazlığımız qol vura bilməməyimiz idi. Bu, bizim ən böyük problemlərimizdən biridir. Düzdü, demək olmaz ki, oyunda hər iki komanda bərabər səviyyədə çıxış etdi. Əslində “Qarabağ”ın üstünlüyü daha çox oldu. Bu da başadüşüləndi. Çünki onlar öz meydanında çıxış edirdilər və daha çox real qol imkanları oldu.
- Bəlkə, komandanız oyuna istənilən motivasiya ola bilməmişdiniz?
- Xeyr, mən belə deməzdim. Axı, biz yaxşı bilirdik ki, qələbə qazansaq, avrokuboklara vəsiqə bizim olacaqdı.
- Həmin görüşdə “İnter”in daha çox müdafiə olunması və hücum etməkdən çəkinməsinin məğlubiyyətə səbəb olduğunu söyləmək olar?
- Ola bilər. Həm də “Qarabağ”ın öz yerində oynaması, hücumlarınin kəsərli olduğunu yaxşı bilirdik. Ona görə də onlara meydanda sərbəst hərəkət etmək üçün imkan verməməyə çalışırdıq və daha çox müdafiəyə diqqət yetirirdik. Rəqibimizi yalnız əks-hücumda cəzalandırmaq istəyirdik. Nəsə etmək lazım idi. Neyləmək olar ki, taktika belə idi.
- Düşünmürsən ki, komandanın kapitanı Vladimir Levinin avtoqolu olmasaydı, komandanız məğlub olmayacaqdı?
- Niyə biz məğlubiyyətdə təkcə Levini günahlandırmalıyıq? Axı, komanda oyunu oynayırıq. Qalib gələndə də, məğlub olanda da, bu, bütün komandanın adına yazılmalıdır. Heç kəs Vladimir Levini günahlandıra bilməz. Rəqibin zərbəsindən sonra top Vladimirin ayağına dəyərək qapıdan keçdi. Məncə, məğlub olmağımızın günahkarı bütün komandadır. Əsas məsələ növbəti qarşılaşmada qələbə qazanmaqdır.
- Növbəti turda “Bakı”nı qəbul edəcəksiniz. Məğlub olacağınız təqdirdə “Qarabağ”a heç-heçə də sərf edəcək. “Bakı”ya qalib gəlmək şanslarınız nə dərəcədədir?
- Şansımız çox böyükdür. Çünki sonuncu turun vacib qarşılaşmasına doğma meydanda çıxacağıq. Bu, bizim son şansımızdır. Əlbəttə, Lənkərandakı qeydə alınan nəticə də vacib amillərdən biri olacaq.
- İndidən belə iddialar səslənir ki, Avroliqaya çıxmanız üçün “Bakı” sizə üç xal verəcək. Buna münasibətin necədir?
- Mən deyə bilmərəm, bu cür söz-söhbətlər hardan yaranıb. Əminliklə söyləyə bilərəm ki, “Bakı” bizə xal hədiyyə etmək barədə fikirləşmir. Bir şeyi unutmayın ki, “Bakı” bizə xal vermək istəyirdisə, bunu evvəlcədən edərdi. Hər bir komanda yaxşı nəticə üçün meydana çıxır. Deyə bilmərəm, kubokun final öncəsi bizimlə oyuna “Bakı” hansı motivasiyayla çıxacaq. Ən əsas məsələ sonuncu turda qalib gəlməyimizdir.
- Belə fikirlər də var ki, “Bakı” üçün sizinlə qarşılaşma formal xarakter daşıyacaq. Bu iddianı irəli sürənlərin fikrincə, “Bakı” Parks, Koke və Cesnauskis kimi futbolçuları kubokun finalı öncəsi yormamağa çalışacaq və onlar sizinlə oyunu buraxmalı olacaq...
- Bu, “Bakı” komandasının işidir. Bu barədə danışmaq istəməzdim. İstənilən güclü komanda xal lazım olmasa belə, meydanda nüfuzu üçün mübarizə aparmalıdır. Mən başa düşə bilmirəm ki, niyə “İnter” kiminsə üç xalına qalmalıdır? Əgər bizə üç xal lazımdırsa, buna özümüz əziyyət çəkərək qazanmalıyıq. Mən “Bakı”yla qarşılaşmada komandamızın qələbə qazanacağına inanıram.
- Bəs, əgər Avroliqadan kənarda qalsanız, bunu “İnter” üçün faciə hesab etmək olar?
- Mən belə düşünmürəm. Sadəcə, buna çox üzüləcəyik. Çünki artıq iki ildir ki, “İnter” avrokuboklarsız qalar. Mövsüm boyu mükafatçılar sırasında olmuşuq. Avroliqaya düşməməyimiz bizə çox pis təsir edər.
- Bəs, hazırda əsas rəqibiniz olan “Qarabağ”ın qələbə şanslarını necə görürsən? Axı, həmin qarşılaşmada qeydə alınan nəticə sizin Avroliqa taleyinizi həll edəcək.
- Hər iki komandanın şansları yetərincədir. Düzdü, “Xəzər Lənkəran”a bu qarşılaşmada heç-heçə də sərf edəcək. Lakin biz bu qarşılaşmadan çox bütün diqqəti öz oyunumuza yönəltməliyik. Bizi Lənkərandakı nəticə maraqlandırmamalıdır.
Əli HƏYATİ
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov