Antalyada təlim-məşq toplanışında olan "Neftçi" hazırlıq prosesinin ilk mərhələsində bu gün ilk yoxlama oyununu keçirib.
Qol.Az-ın məlumatına görə, "Neftçi"nin rəqibi Almaniyanın II Bundesliqa təmsilçisi "Dinamo" (Drezden) klubu olub.
"Mardan" stadionunun ikinci meydançasında keçirilən görüş "Neftçi"nin məğlubiyyəti ilə başa çatıb. Matçın taleyini isə bir qol həll edib. Rəqibin 66-cı dəqiqədə vurduğu qol oyunda yeganə olub - 0:1.
Qeyd edək ki, matçın 88-ci dəqiqəsində "Neftçi" bir nəfər azlıqda qalıb.
17 yanvar
Yoldaşlıq görüşü
17:30. "Neftçi" (Azərbaycan) - "Dinamo" (Drezden, Almaniya) - 0:1
Qol: Marvin Knol, 66 (0:1)
Oyun başlandı...
İlk dəqiqələr "Neftçi"nin üstünlüyü şəraitində keçir
8-ci dəq. Matçda hələ ki, təhlükəli vəziyyət yaranmayıb, amma Flaqman topu daha çox nəzarətdə saxlayır.
17-ci dəq. Mübarizə meydanın mərkəzində davam edir.
22-ci dəq.Rəşad Abdullayev qapıçı ilə təkbətək çıxsa da, hakim bu epizodda oyundan kənar vəziyyət qeydə alır
25-ci dəq.Rəqib "Dinamo" əsasən əks hücumlara bel bağlayır.
30-cu dəq.Yenidən Rəşad Abdullayev rəqibə çətin anlar yaşatdı.Məhz onun cərimə zərbəsindən sonra rəqib qapıçı təhlükəni sovuşdurdu.
37-ci dəq."Neftçi"nin heyətində İqor Mitreskiyə sarı vərəqə göstərilir.
İlk hissə başa çatdı, hesab açılmayıb 0-0
İkinci hissə başlandı
İkinci hissədə "Neftçi"nin heyətində dəyişikliklər edilib. Meydana Rauf Mehdiyev, Emil Mpenza, Emin Mehdiyev, Cavid Hüseynov və Elvin Yunuszadə daxil olub.
47-ci dəq. Meydana ikinci hissədə daxil olmuş Emin Mehdiyevin zərbəsi qapı tirinin üstündən keçdi
53-cü dəqiqədə rəqib futbolçunun baş zərbəsi təhlükəli alındı. Bu epizodda Flaqmanın müdafiəçiləri sayıqlıq nümayiş etdirdi
60-cı dəq. Slavço Georgiyevski Cavid İmamverdiyevlə əvəzlənir.
66-cı dəq. Qol. Rəqibin heyətində Marvin Knol oyunda hesabı açır - 0:1
75-ci dəq. "Neftçi"nin heyətində daha 2 dəyişklik edilir. Antalya təlimlərinə əvəzedici komandadan çağırılmış Elnur Soltanlı və Kənan Manaflı oyuna daxil olur.
85-ci dəq.Elvin Yunuszadəyə sarı vərəqə göstərilir.
Qarşılaşma başa çatdı."Neftçi" - "Dinamo" 0:1
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar
Dünya çempionu vəfat etdi
Bu gün QOL.az saytının 18 yaşı tamam olur
"Arsenal" onunla razılaşdı
Gəncədə "Qarabağ"la oyuna böyük maraq var
1 qola görə mümkün pley-off-dan kənarda qaldıq
Millidə debüt matçında qol vuran Eşqin: "Çox xoşbəxtəm"
Bugünkü oyunları yayımlayacaq kanallar
Niderland millisindən tarixi antirekord
Başından top zərbəsi alan futbolçu vəfat etdi
Xavi: “Bu, biabırçılıqdır”
“Portuqaliyanın uduzmasına sevindim” - Ronaldonun anası
“Onu “Qarabağ”dan transfer etmək istəyirdik, alınmadı”