“Rəvan” klubunun vitse-prezinenti Bəhruz Şirəliyevin Qol.Az saytına müsahibəsi
- Komandanz təlim-məşq prosesini harada keçirəcək?
- “Rəvan” qış fasiləsində hazırlıq prosesi xarici ölkələrdə deyil, Azərbaycanda olacaq. Bu, bizim baş məşqçi Vladislav Qədirovun istəyi idi.
- Sizcə, təlim-məşq toplanışı baxıçımdna xarici ölkələr daha əlverişli deyil? Məsələn, orada normal klublarla yoxlama görüşləri də keçirmək olardı.
- Təbii ki, yoldaşlıq görüşü keçirəcəyimiz komandalar baxımından daha yaxşı olardı. Lakin Vladislav Qədirov bizə hazırlığı Azərbaycanda keçirmək istədiyini dedi. Yəni, bu, sırf baş məşqçinin təşəbbüsü idi.
- Qış fasiləsində hansı futbolçularla yolları ayırmısınız?
- Beş oyunmuz - Davud Kərimi, Anar Qasımov, Natiq Kərimi, Şarapudin Şalbuzov, Səbuhi Həsənov daha “Rəvan”da çıxış etməyəcək. Qalan futbolçular hamısı heyətimizdədir.
- Bəs, komandaya gələn futbolçular sırasında yerlilər, yoxsa əcnəbilərə üstünlük veriləcək?
- Əsasən yerli futbolçularla maraqlanırıq. Onlar gənc, perspektivli və bizim oyun üslubumuza uyğun futbolçular olmalıdır. Hansı mövqelərdə yerli futbolçuların oynaması baxımından çətinlik çəksək, həmin mövqelərə legioner oyunçular alınacaq. Çox güman ki, həmin mövqelərdən birincisi hücumdur. Hücumda əcnəbi futbolçulara üstünlük verəcəyimizi düşünürəm.
- Təxminən nə qədər futbolçu transfer etmək haqda düşünürsünüz?
- Komandadan nə qədər oyunçu göndərmişiksə, bir o qədəri də cəlb ediləcək. Bu yöndə artıq işlər gedir.
- Sizcə, Bəhmən Həsənovun hazırkı baş məşqçi Vladislav Qədirovla əvəzlənməsi nəyi dəyişdi?
- İlk əvvəl komandada psixoloji ab-hava qaydasına düşdü. Çünki Bəhmən Həsənovun dövründə “Rəvan” 6 oyun idi, qələbə qazana bilmirdi. Vladislav Qədirovun gəlişindən sonra isə komanda qələbə qazanaraq, yaxşı çıxış etməyə başladı. Düzdü, sonradan bəzi qarşılaşmalarda məğlubiyyətlərimiz oldu. Ancaq, Qədirovun gəlişindən sonra futbolçuların özünəinamı artdı.
- Sizcə, niyə “Rəvan” adətən, güclü komandalarla oyunda daha çox xal qazanır, nəinki ortabab və zəiflərlə?
- Bizim ən böyük problemimiz elə budur. Mən hesab edirəm ki, futbolçular nə qədər peşakar olsalar da, onların oyunlara köklənməsi məsələsi ən vacib amillərdən biridir. Çox güman ki, güclü komandalarla qarşılaşmalara daha məsuliyyətlə yanaşaraq, köklənə bilirlər, nəinki ortabab komandalarla. Ola bilsin bir qədər arxayınçılıq da buna səbəb olur.
- Bu problemin aradan götürülməsi üçün hansı işlər görülür?
- Hər oyundan sonra baş məşqçi qeydə alınan nəticələri komandayla dərindən müzakirə edir. Yəqin ki, baş məşqçi bu yöndə təhlillər apararaq, bir nəticə çıxaracaq.
- Deyilənə görə, “Neftçi” və “Xəzər Lənkəran” klubları sizin futbolçularla maraqlanır. Bu, doğrudur?
- Mənə yalnız brazilyalı futbolçumuz Reis Klaudinei yaxınlaşaraq belə bir məsələ olduğunu dedi. Və bildirdi ki, “Neftçi” klubu menecerimlə əlaqə saxlayaraq onunla maraqlandıqlarını bildirib. Lakin rəsmi olaraq bizə heç bir klubdan təklif gəlməyib.
- Bu mövsüm kublarda baş məşqçi dəyişikliyi az qala dəb halını alıb. Bəs, Vladislav Qədirov necə bu duruşa tab gətirə biləcək?
- Mövsüm başlayanda məqsədimiz ilk”altılığ”a düşmək idi. Sonra isə daha yüksək yerlər uğrunda yarışarıq. Altı oyundan sonra komanda cəmi altı xal qazanmaq bütün planlarımızı pozurdu. Baş məşqçi özü də hiss edirdi ki, komanda uğurlu çıxış edə bilmirsə, problemlər var. Ona görə Bəhmən Həsənov postundan uzaqlaşdırıldı. Lakin mən ümid edirəm ki, Vladislav Qədirov belə vəziyyətlə üzləşməyəcək. Çünki komanda yaxınlarda bir sıra futbolçular transfer edərək güclənəcək. Növbəti il üçün daha yüksək yerlər uğrunda mübarizə aparacağıq.
Əli HƏYATİ
Stadionda meyit tapıldı
Qırmızı vərəqə ona baha başa gəldi
Premyer Liqadan getdi, ərəb klubuna keçdi
"Qarabağ" - "Tvente" matçının biletləri satışa çıxarıldı
"Hapoel" - "Sabah" matçının heyətləri açıqlandı
PSJ-nin matçı təxirə salına bilər
“Qalatasaray” onu hədəfə aldı
Güləşçimiz dünya çempionu oldu
Borclara görə klubu sərt cəza gözləyir
Manedən doğma ölkəsinə böyük yatırım
Harri Keyndən ikinci “Qızıl buts” - Şəkil
Meydana daxil olan azarkeş Qattini zədələdi
“Komandamızda “Qarabağ”la oyunun həyəcanı çox böyükdür”
La Liqada yeni mövsümün ilk oyununu buraxacaq
Luka Modriçin qızı “Real”ın akademiyasına qoşuldu
"Fənərbaxça"dan Premyer Liqa klubuna - Rəsmi
"Aston Villa" iki transfer açıqladı
“Roma” 19 yaşlı yarımmüdafiəçi transfer etdi
"Qarabağ" Niderlanda yollandı - Şəkillər
Mourinyo: "O, yadplanetlidir"
“Napoli” İtaliya millisinin müdafiəçisini icarəyə götürdü
Qurban Qurbanovdan tənqidlərə cavab - Video
Poqba ilə müqaviləyə xitam verildi - Rəsmi
"Hapoel" - “Sabah” oyunu bu kanalda
Sefas “Tvente”yə qarşı oynayacaqmı? - Qurbanovdan açıqlama
"Yuventus" qapıçı transfer etdi
Dünyanın ən yaxşı müdafiəçiləri - Siyahı
Füllkruq "Verder"ə qayıtdı
SSKA “Qarabağ”dan 2 milyon avro tələb edir
“Fənərbaxça”nın futbolçusundan ÇL-də möhtəşəm qol - Video
“Hapoel”in kapitanı “Sabah”la oyun haqda danışdı