"Bakı"dan daha bir möhtəşəm layihə (VİDEO)

"Bakı"dan daha bir möhtəşəm layihə (VİDEO)
GÜNDƏM 4 Yanvar 2012 / 18:44 3424
-  A +

"Bakı" klubu ötən ilin son günlərində analoqu olmayan layihəyə start verib.

Qol.Az-ın klubun saytına istinadən yaydığı məlumata görə, özündə bir çox idman növünü birləşdirən idman klubuna çevrilən "Bakı" yeni ilin ilk günlərindən klub infrastrukturunun təkmilləşdirilməsi sahəsində Azərbaycan idmansevərlərinin üzünü güldürəcək möhtəşəm bir fəaliyyətə başlayıb.

"Bakı" idman klubunun prezidenti Hafiz Məmmədovun sərəncamına əsasən hazırlanan inkişaf proqramına uyğun olaraq klub bazasının inşasının ikinci mərhələsinə qədəm qoyulub. Artıq inşa olunaraq idmançıların ixtiyarına verilən təlim-məşq bazasının davamı olaraq yeni idman kompleksləri və futbol sahələrinin tikintisini nəzərdə tutan proqramın icrasına başlanıb.

Qısa bir müddətdə tamamlanacaq proqram daxilində təbii örtüklü 4 yenu futbol sahəsi, idmançılar üçün 120 nəfərlik mehmanxana, 3000 azarkeş tutumuna malik dünya standardlarına cavab verən universal qapaılı idman zalı inşa olunacaq. Bu arenada istənilən səviyyəli beynəlxalq yarışlar təşkil etmək mümkün olacaq. Yaxın aylarda layihə çərçivəsində futbol arenasının yenidən qurulması, təxminən, 3000 azarkeş qəbul edəcək müasir futbol stadionuna çevriləcəyi reallaşacaq. Klub qarşısında ilkin vəzifə olaraq "Bakı"nın geniş fəaliyyət spektrli idman klubuna transformasiyası, istər olimpiya, istərsə də, digər idman növlərini özündə birləşdirəcək aparıcı bir quruma çevrilməsi qoyulub. İnfrastruktur və ən müasir texniki vəsaitlərlə təhciz olunacaq idman klubuna təcrübəli və nüfuzlu mütəxəssislər cəlb olunacaqlar.

"Bakı" idman klubunun prezidenti Hafiz Məmmədov klubun qarşısında duran vəzifələr və gələcək planlar barədə fikirlərini belə ifadə edib: "Bilirsiniz ki, Azərbaycan çempionatında "Bakı" futbol klubu ilə bərabər voleybol komandamız da fəaliyyət göstərir. Artıq klubumuzun yeni mərhələyə yüksəlməsi barədə qərar verilib. "Bakı" idman klubuna çevrilir. Futbol və voleybolla yanaşı klubumuzda digər idman növləri üzrə bölmələr də yer alacaq. Yaxın zamanlarda "Bakı" futbol klubunun təlim-məşq bazasının ərazisi genişlənir və yeni idman qurğuları və meydanların salınmasına başlanılacaq. Təbii örtüklü 4 futbol meydanı ilə yanaşı standardlara cavab verən daha bir qapalı idman kompleksi inşa olunacaq. Bu arenada voleybolla yanaşı, digər idman növləri, o cümlədən, basketbol, futzal, digər oyun növləri və s. yarışlar keçiriləcək”.



Daha çox


Son xəbərlər