“Qalatasaray”ın əfsanəvi futbolçularından olan Türkiyə Boyük Millət Məclisinin üzvü Hakan Şükürün dünən “Lig TV”də şərhçiliyə başlaması qardaş ölkənin mediasında ciddi narazılığa səbəb olub. Qol.Az-ın məlumatına görə, bu gün əksər aparıcı qəzetlərin köşə yazarları Hakanı tənqid edən yazılarla çıxış ediblər.
“Maraton” proqramının aparıcısı Şansal Büyüka Hakan Şükürün hələlik “Lig TV”də rəsmən şərhçiliyə başlamadığını, verilişdə yalnız qonaq qismində iştirak etdiyini desə də, millət vəkilinin telekanalla 150 min türk lirəsi (75 min manat) qarşılığında mövsümün sonuna qədər müqavilə bağladığı iddia olunur.
Hakan Şükür özü isə bildirib ki, məsələylə bağlı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşü olub: “Hörmətli baş nazirimizə durumu anlatdım. O da mənə “Sən futboldan gəlmə birisisən, sənə mane ola bilmərəm, xeyirli olsun” dedi”.
Millət vəkili olmadan öncə TRT-dəki şərhçilik vəzifəsindən ayrılan Hakanın indi də “Lig TV”yə eyni işə başlaması etiraz doğiurub.
“Hürriyyət” qəzetinin yazarı Yalçın Doğan öz yazısında bunları qeyd edib: “Əcaba, millət vəkili olaraq bu şərhçilik nə qədər mümkün və nə qədər doğru? Olsun, arxasında Fəthullah, önündə Ərdoğan, kim tutar səni Hakan, yürü ya Hakan”.
“Milliyyət”in yazarı Mehmet Tezkanın fikrincə isə Hakan Şükür futbol şərhçiliyini daha önəmli görməklə millət vəkilliyini önəmsizləşdirib, uzuclaşdırıb: “Madam ki, şərhçilikdə bu qədər maraqlıydı, Məclisdə nə işi vardı?”
“Milliyyət”in digər müəllifi Melih Aşık isə yazıb: “Bilindiyi kimi, Hakan millət vəkili seçilmədən öncə illik 750 min lirə qarşılığında TRT-də şərhçilik edirdi. Millət vəkili olanda tənqidlərdən sonra bu işi buraxmaq zorunda qalmışdı. Dünəndən “İndi nə dəyişdi? Başqa şərhçi qalmadımı?” kimi suallar verilər. Şərhçilik etmək təklifi “Lig TV”dən yox, şəxsən Hakan Şükürdən gəlib. Bu durumda “Lig TV”nin təklifi qəbul etməmək kimi bir şansı yoxdur... Şabanın (Hakan nəzərdə tutulur – red.) arxası güçlüdür, çox güclü...”
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
Montelladan istefa sualına cavab
“Qarabağ”ın qapıçısı İsveçlə matçı kənardan izlədi
Puxaç darmadağının iştirakçısı olmadı
Varkonyinin debütu yenə baş tutmadı
Fransa - İtaliya matçında heç-heçə, Türkiyə uduzdu
Yankoviç oynadı, komandası qalib gəldi
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...