Azərbaycan milli komandasının sabiq baş məşqçisi Şahin Diniyevin Qol.Az saytına müsahibəsi
- İlk olaraq Unibank Premyer Liqasının oyunlarıyla bağlı fikirlərinizi bilmək istərdik.
- Düzü, çempionatın oyunlarını ardıcıl olaraq izləmirəm. Lakin bir çox maraqlı oyunlar və olaylar haqda məlumatım var.
- Turnir cədvəlinin ilk üçlüyündə qərarlaşan klubların mövqeyini qanunauyğun hesab edirsiniz?
- Nəzərə almaq lazımdır ki, artıq 18 tur arxada qalıb. Əgər 5 və ya 6-cı tur olsaydı, bunu təsadüfi hesab etmək olardı. Sadəcə, “Xəzər Lənkəran”ın üçüncü pillədə qərarlaşmasını qanunauyğun hesab etmirəm. Əgər cənub klubunda problemlər baş qaldırmasaydı,indi onlar irəli pillələrdə olardılar.
- Çempionatın səviyyəsi keçən mövsümə nisbətən necə artıb, yoxsa?
- Unibank Premyer Liqasında keçirilən qarşılaşmaların stabil olduğunu deyə bilərəm. Nəsə ciddi bir sıçrayışın şahidi olmadıq. Xüsusən də, iddialı komandalar tərəfindən.
- İddialı klublardan olan "Bakı” yaxşı nəticə göstərə bilmir. Sizcə niyə?
- Mənə elə gəlir ki, bütün problemlərin başında baş məşqçi dəyanır. Kim olursa-olsun, əgər komandanın oyunu və yaxşı nəticəsi yoxdursa, məsuliyyəti baş məşqçi daşıyır.
- Aleksandr Starkovun əlində kifayət qədər material olmasına baxmayaq, bundan lazımınca istifadə edə bilməməsinin səbəbini nədə görürsünüz?
- Əvvəla Starkov mənim həmkarım olduğunnda onun haqda pis fikirlər yönəltmək istəmirəm. Ancaq heyətdəki yarımmüdafiə və müdafiədə çıxış edən futbolçular arasındakı anlaşma aşağı səviyyədədirr. Yəni baş məşqçi onlar arasında əlaqə qura bilmir. Bir də ki, tanınmış futbolçuları kluba qatmaqla komanda yaratmaq olmaz.
- Sizcə, Starkovun yerinə digər məşqçi gəlsə, qısa zamanda istənilən komandanı yarada biləcək?
- Əvvəla kimin baş məşqçi olmasından çox şey asılıdır. Vinfried Şefer getdikdən sonra Aleksandr Starkov gəldi. Lakin nəticədə heç nə dəyişmədi. Kimin işləməsindən çox şey asılı olacaq.
- Bu məşqçi yerli mütəxəsislərdən olsa, necə?
- Baş məşqçi vəzifəsinə kimin gətiriləcəyinə klub rəhbərliyi qərar verməlidir. Biz də istəyərik ki,”Bakı”nı irəliyə doğru aparan birini gətirsinlər. Lakin bu barədə danışmaq istəməzdim.
- Unibank Premyer Liqasında iddialı klublardan hansıların çıxışı sizi qane etmədi?
- Heyətinə, maddi büdcəsinə və infrastrukturuna görə həm “Bakı”, həm də “Qəbələ” layiq olduqları yerdə deyillər. Ancaq ümumi götürdükdə hələ ki, elə parlaq oyun nümaiş etdirən klub yoxdur. Əksinə AZAL, “Rəvan” və “Kəpəz”in enişini mənfi hal kimi göstərmək olar.
- “Kəpəz”in dağılma xəbərini necə qarşıladınız?
- İlk olaraq klubda quruculuq işinin düzgün olmadığını deyə bilərəm. Dağılmaq hər bir klubun başına gələ bilər. Klubu idarə edən idarə heyəti olmalıdır. Bir şəxsin idarəsi altında olmamalıdır. İndi bir nəfər şəxs durub deyir ki,klubu dağıdıram. Axı, bir nəfərə görə niyə böyük bir şəhər futbolsuz qalmalıdır? Dünyanın heç bir yerində analoqu olmayan hadisə bizdə baş verir. Əcnəbi ölkələrdən nümunə götürmək lazımdır. Onlarda klub prezidenti istefa verəndə işləri idarə heyəti öhəsinə götürür. Bu da klubun yaşamasına, onun imicinə zərbə vurmur. Çox təəssüf ki, bizdə belə deyil.
Əli HƏYATİ
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
Montelladan istefa sualına cavab
“Qarabağ”ın qapıçısı İsveçlə matçı kənardan izlədi
Puxaç darmadağının iştirakçısı olmadı
Varkonyinin debütu yenə baş tutmadı
Fransa - İtaliya matçında heç-heçə, Türkiyə uduzdu
Yankoviç oynadı, komandası qalib gəldi
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...