Amit oynamadı, komandası uduzdu

Amit oynamadı, komandası uduzdu
GÜNDƏM 18 Dekabr 2011 / 20:16 3172
-  A +

Milli komandamızın üzvü Amit Quluzadənin şərəfini qoruduğu “Kayseri Ərciyəsspor” bu gün Türkiyə Bank Asya liqasında növbəti matçına çıxıb.

Qol.Az-ın məlumatına görə, Kayseri təmsilçisi səfərdə “Sakaryaspor”a 1:2 hesabı ilə məğlub olub.

Amit Quluzadə matçda iştirak etməyib.

Qeyd edək ki, “Kayseri Ərciyəsspor” bu məğlubiyyətdən sonra 27 xalla turnir cədvəlinin beşinci pilləsinə enib.

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner