Son vaxtlar “Xəzər Lənkəran” klubu ətrafında yaradılan hadisələr veteranların da narazılığına səbəb olub. Bu səbəbdən lənkəranlı futbol veteranları sevimli komandalarına qarşı edilən haqsız təzyiqlərə öz münasibətlərini bildiriblər.
Veteranların Qol.Az saytına ünvanladığı bəyanatda bildirilir ki, “ağ-yaşıllar”a qarşı kampaniya aparılır: “Biz Lənkəran futbolunun veteranları olaraq, “Xəzər Lənkəran” klubu ətrafında yaşananlardan kənarda qala bilmərik. İllər boyu futbol ənənələri olan bu şəhərdə bu idman növünü öz dövrümüzdə yaşatmış insanlar kimi, bu gün doğma klub haqqında hər hansı mənfi söhbətlərin dolaşmasına etiraz bildirməyi özümüzə borc bilirik.
Hamımız şahidik ki, “Xəzər Lənkəran” klubunun əleyhinə hərtərəfli kampaniya aparılır. Bu kampaniyanın arxasında duran şəxslərin məqsədləri klubun daxilində nifaq salaraq, “Xəzər Lənkəran”ı büdrətməkdən ibarətdir”.
Qeyd olunur ki, bəzi insanlar əvvəlcə komanda daxilində çaxnaşma yaratmaq istəyiblər: “Onlar çempionatın gedişatında böyük fərqlə rəqiblərini qabaqlayan “Xəzər Lənkəran”a qeyri-idman yolları ilə təzyiq vasitələrinə əl atdılar. Sonradan təxribat xarakterli işlər azarkeşlərin daxilində aparılmağa başladı. Komandanı dəstəkləyən insanları bir-birinə qarşı qoymaqla, həmin şəxslər ən böyük azarkeş kütləsi olan kluba daha bir zərbə vurmaq niyyətini nümayiş etdirdilər.
İndi də bu planın növbəti hissəsi həyata keçirilmək üzrədir, hədəf isə klub rəhbərliyidir. Müxtəlif bəhanələrlə “Xəzər Lənkəran” rəhbərliyi, klubun idarəçiliyi ilə məşğul olan şəxslər tənqid olunur ki, bu da klubu zəiflətmək üçün atılan daha bir addımdır.
Biz futbol veteranları klub rəhbərliyinə qarşı yönələn bu addımları qəti pisləyirik və öz növbəmizdə bəyan edirik ki, “Xəzər Lənkəran” futbol klubunun həyata keçirdiyi siyasəti, klub rəhbərliyi tərəfindən qəbul edilən qərarları tam olaraq dəstəkləyirik. Lənkəran futbolunun rifahı üçün çalışan insanların əməllərinə kölgə salınmasını biz heç cür qəbul edə bilmərik və bu cür əməllərin qarşısını almaq üçün hər zaman əlimizdən gələni edəcəyik”.
Bəyanatın sonunda bildirilir ki, son dövrlərdə Lənkəranda guya hansısa ziyalıların klub rəhbərliyinin qərarlarının əleyhinə təşəbbüslə çıxış etməsi haqqında söhbətlər yayılıb: “Lənkəran futbolunun veteranları kimi, Lənkəran futboluna uzun illər əziyyətimizlə töhfə verən insanlar kimi, bəyan edirik ki, heç kimin Lənkəran futbolsevərləri adından bu kimi təşəbbüsləri irəli sürməyə ixtiyarı yoxdur. Lənkəran futbolunun rifahını düşünərək bir daha “Xəzər Lənkəran” Futbol Klubunun rəhbərliyinin siyasətini dəstəklədiyimizi bəyan edirik”.
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
Montelladan istefa sualına cavab
“Qarabağ”ın qapıçısı İsveçlə matçı kənardan izlədi
Puxaç darmadağının iştirakçısı olmadı
Varkonyinin debütu yenə baş tutmadı
Fransa - İtaliya matçında heç-heçə, Türkiyə uduzdu
Yankoviç oynadı, komandası qalib gəldi
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video