Bu gün Unibank Premyer Liqasında keçiriləcək bir oyunla XVII tura yekun vurulub. Qol.Az-ın məlumatına görə, turun mərkəzi qarşılaşmasında “İnter” və “Neftçi” komandaları üz-üzə gəlib.
Buna qədər isə 5 qarşılaşma baş tutub. Bu görüşlərdə qapılara 15 qol vurulub ki, orta hesabla hər oyuna 3 top düşür. Bu tur daha çox iddia komandaların “Xəzər Lənkəran”, “Bakı” “Qarabağ” və “Qəbələ”nin qələbə qazanmaları ilə yadda qalıb. Turun son qarşılaşmasının nəticəsi isə digər komandaları da yaxından maraqlandırırdı.
Hazırda 34 xalla turnir cədvəlinə başçılıq edən Bakının “Neftçi” komandası “İnter”lə görüşdə də liderliyini qorumaq niyyətində idi. Səfərdə keçirilən oyunda “ağ-qaralar”ı bir xal da qane edirdi. Lakin bu görüşdə qazanılacaq qələbə “Neftçi”nin liderliyini bir qədər də möhkəmləndirəcəkdi ki, Böyükağa Hacıyevin komandası bunu bacarmayıb.
Fasiləyə 1:0 hesabı ilə üstün yollanan "Neftçi" ikinci hissədə qapısında 2 qol görüb. Hərçənd matçın 55-ci dəqiqəsində hesabı artıra bilərdi. Nəsimovun penaltidən yararlana bilməməsi, "Neftçi"yə baha başa gəlib. Bundan ruhlanan "İnter" isə 2 qol vurmaqla oyundan qalib ayrılıb - 2:1. Bununla da, "bankirlər" məğlubiyyətsizlik seriyasını 14-ə yüksəltməklə yanaşı, "Neftçi" ilə xal fərqini də minimuma endirib.
17 dekabr (şənbə)
Premyer Liqa, XVII tur
17:00. “İnter” – “Neftçi” - 2:1
Qollar: Rəşad Abdullayev, 41 (0:1), Baçana Sxadadze, 64 (1:1), İlia Kandelaki, 70 (2:1)
Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Rza Məmmədov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Əli Hüseynov.
Bakı. "Şəfa" stadionu.
Qeyd edək ki, matçın 55-ci dəqiqəsində "İnter"in qapısına 11 metrlik cərimə zərbəsi təyin edilsə də "Neftçi"nin hücumçusu Bahadır Nəsimov penlatini qola çevirə bilməyib. Georgi Lomaya əla oynayaraq topu kornerə çıxarıb.
16 dekabr (cümə)
16:00. AZAL – “Simurq” - 5:1
Qollar: Elşən Məmmədov, 16 (1:0), Zohair Benouahi, 18-pen (2:0), Tales Şütz, 49 (3:0), 53 (4:0), Robertas Poşkus, 68 (4:1), Georgi Bogihu, 90+1 (5:1)
Hakimlər: Anar Salmanov, Azər Əsgərov, Zeynal Zeynalov, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Rüfət Hüseynov.
Bakı. AZAL Arena.
14:00. “Qarabağ” – “Rəvan” - 2:0
Qol: Əfran İsmayılov, 73 (1:0), Əfran İsmayılov, 76 (2:0),
Hakimlər: Fariz Yusifov, Mübariz Haşımov, Coşqun Həsənov, Hacıəli Ağayev.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Şahin Cəfərov.
Quzanlı. Qəsəbə stadionu.
14:00. “Kəpəz” – “Xəzər Lənkəran” - 1:4
Qollar: Antonio Semedo, 1 (0:1), Dmitri Parxaçov, 7 (1:1), Branimir Subaşiç, 44-pen (1:2), Julius Vobay,65 (1:3), Zahid Quliyev,90
Hakimlər: Əliyar Ağayev, Munis Abdullayev, Rahil Ramazanov, Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Səfər Haşımov.
Gəncə. Şəhər stadionu.
15 dekabr (cümə axşamı)
“Bakı” – “Sumqayıt Şəhər” - 1:0
Qol: Maris Verpakovskis, 55 (1:0)
Hakimlər: Vüsal Əliyev, Nahid Əliyev, İsgəndər Əliyev, Alik Yunusov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Məlik Həsənov.
Bakı. "Bakı" futbol klubunun təlim-məşq bazasının stadionu.
“Turan” – “Qəbələ” - 0:1
Qol: Luiz Paulo Hilario, 67 (0:1)
Hakimlər: Elnur Muradov, Samir Hacıyev, Knyaz Əmiraslanov, Rasim Məmmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Asif Namazov.
Şəmkir. Olimpiya İdman Kompleksinin stadionu.
Turnir cədvəli
Komanda
O
Q
H
M
Qollar
Xallar
1
Neftçi
17
11
1
5
35-16
34
2
İnter
17
9
6
2
15-9
33
3
Xəzər Lənkəran
17
9
5
3
24-17
32
4
Bakı
17
8
5
4
23-13
29
5
Qarabağ
17
8
4
5
20-14
28
6
Qəbələ
17
7
4
6
18-19
25
7
AZAL
17
6
5
6
25-25
23
8
Simurq
17
5
4
8
18-25
19
9
Rəvan
17
4
7
6
18-21
19
10
Kəpəz
17
4
4
9
21-32
16
11
Sumqayıt Şəhər
17
3
3
11
12-23
12
12
Turan
17
3
2
12
10-25
11
Bombardirlər
1. Bahadır Nəsimov - "Neftçi" - 10 qol
2. Robertas Poşkus - "Simurq" - 8 qol
3. Tales Şütz - AZAL - 8 qol
4. Uinston Parks - "Bakı" - 6 qol
5. Flavio Aleks Valensio - "Neftçi" - 6 qol
6. Luiz Paulo Hilario - "Qəbələ" - 6 qol
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
Montelladan istefa sualına cavab
“Qarabağ”ın qapıçısı İsveçlə matçı kənardan izlədi
Puxaç darmadağının iştirakçısı olmadı
Varkonyinin debütu yenə baş tutmadı
Fransa - İtaliya matçında heç-heçə, Türkiyə uduzdu
Yankoviç oynadı, komandası qalib gəldi
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video