Unibank Premyer Liqasının sabah keçiriləcək «Xəzər Lənkəran» - «Qarabağ» oyunu televiziya vasitəsilə canlı yayımlanmaya bilər.
Qol.Az-ın məlumatına görə, bu gün dövlət televiziyasından Qol.Az-a verilən açıqlamada, eləcə də Peşəkar Futbol Liqasının yaydığı məlumatda matçın canlı nümayiş etdiriləcəyi bildirilirdi.
Lakin az əvvəl aldığımız məlumata görə, «Xəzər Lənkəran» klubu bu oyunun yayımlanmasına razı deyil.
Klubun icraçı direktoru Höccət Hacıyev Qol.Az-ın müxbiri ilə söhbətində məlumatı təsdiqləyib: «Bilirsiniz ki, AFFA İntizam Komitəsi bizim iki ev oyunumuza azarkeşlərin buraxılmaması haqda qərar çıxarıb. Buna görə də əgər bizim azarkeşlər matça stadionda baxa bilmirlərsə, o zaman biz də başqa azarkeşlərin televiziya ilə olsa belə matçı izləməsini istəmirik. AFFA və PFL-ə belə sərf edir ki, «Xəzər Lənkəran»ın oyunları boş tribunalar qarşısında keçirilsin. Buna görə də biz oyunun canlı yayımlanmasına icazə verməyəcəyik. Biz gözləyirdik ki, azarkeşlərimizlə bağlı çıxarılan qərar apelyasiya şikayətindən sonra ləğv olunsun. Amma AFFA belə qərar çıxarmadı».
«İdman Azərbaycan» kanalının direktoru Elsəvər Dünyamalıyev Qol.Az-ın müxbirinə bildirib ki, məsələylə bağlı hələlik onlara məlumat verilməyib: «Əgər «Xəzər Lənkəran» istəmirsə, o zaman oyun yayımlanmayacaq».
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar
Dünya çempionu vəfat etdi
Bu gün QOL.az saytının 18 yaşı tamam olur
"Arsenal" onunla razılaşdı
Gəncədə "Qarabağ"la oyuna böyük maraq var
1 qola görə mümkün pley-off-dan kənarda qaldıq
Millidə debüt matçında qol vuran Eşqin: "Çox xoşbəxtəm"
Bugünkü oyunları yayımlayacaq kanallar
Niderland millisindən tarixi antirekord
Başından top zərbəsi alan futbolçu vəfat etdi
Xavi: “Bu, biabırçılıqdır”
“Portuqaliyanın uduzmasına sevindim” - Ronaldonun anası
“Onu “Qarabağ”dan transfer etmək istəyirdik, alınmadı”