Mirça Rednikin «Xəzər Lənkəran»dan ayrılması 20-ci Azərbaycan çempionatında beşinci istefa olub.
Qol.Az-ın məlumatına görə, cari mövsümdə ilk baş məşqçi dəyişikliyi «Rəvan»da baş verib. Komandanın uğursuz çıxışlarından sonra Bəhmən Həsənov tutduğu vəzifədən azad edilib, onun yerinə Vladislav Qədirov gətirilib.
Bundan sonrakı istefa olayı AZAL klubunda yaşanıb. Yenə də komandanın uğursuz çıxışlarından sonra mövsümün əvvəlində Nazim Süleymanovun yerinə baş məşqçi vəzifəsinə gətirilən Elxan Abdullayev istefaya göndərilib. Hazırda AZAL-da baş məşqçi vəzifəsi boşdur.
Bundan sonra növbəti istefa «Kəpəz» klubunda baş verib. Klub rəhbərliyi komandanın uğursuz çıxışlarını əsas gətirərək Mehman Allahverdiyevlə yolları ayırıb, onun yerinə Mirbağır İsayevi gətirib.
Cari mövsümün şok istefası isə «Qəbələ» klubunda olub. Komandanın ingiltərəli baş məşqçisi Toni Adams ailəsinin Qəbələ qalmaqda çətinlik çəkdiyini deyərək gözlənilmədən istefaya gedib.
Qeyd edək ki, digər baş məşqçilərdən fərqli olaraq, Adams vəzifədəsindən azad olunmayıb, rəsmi şəkildə özü istefa verib.
Nəhayət, mövsümün hələlik sonuncu - beşinci istefası dünən baş verdi. Düzdür, Mirça Rednikin vəzifəsindən göndərilicəyi barədə xəbərlər yayılırdı. Amma çoxları bunun qış fasiləsi baş verəcəyini güman edirdi. Lakin «İnter»ə Premyer Liqadakı dünənki məğlubiyyətdən sonra «Xəzər Lənkəran» rəhbərliyi hələ ötən mövsümün əvvəlində komanda gətirdiyi Redniklə yolları ayırmaq qərarına gəldi.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar
Dünya çempionu vəfat etdi
Bu gün QOL.az saytının 18 yaşı tamam olur
"Arsenal" onunla razılaşdı
Gəncədə "Qarabağ"la oyuna böyük maraq var
1 qola görə mümkün pley-off-dan kənarda qaldıq
Millidə debüt matçında qol vuran Eşqin: "Çox xoşbəxtəm"
Bugünkü oyunları yayımlayacaq kanallar
Niderland millisindən tarixi antirekord
Başından top zərbəsi alan futbolçu vəfat etdi
Xavi: “Bu, biabırçılıqdır”
“Portuqaliyanın uduzmasına sevindim” - Ronaldonun anası
“Onu “Qarabağ”dan transfer etmək istəyirdik, alınmadı”