Ağdamın «Qarabağ» klubunun Suraxanı qəsəbəsi stadionunu uzun müddətə icarəyə götürmək cəhdləri nəticəsiz qalıb.
Qol.Az-ın əldə etdiyi məlumata görə, «Qarabağ» bir ildir ki, Dövlət Neft Şirkətinin balansında sözügedən arenanı 20-25 illiyinə icarəyə götürərək orada əsaslı yenidənqurma işləri aparmaq, müasir tələblərə cavab verən stadion və baza tikmək istəyir.
Bununla əlaqədər klubun rəhbərliyi ARDNŞ prezidenti və AFFA rəhbəri Rövnəq Abdullayevə müraciət edərək ondan müsbət cavab alıb. R.Abdullayev məsələnin həlli üçün şirkətin icarə işləri ilə məşğul olan Sosial İnkişaf İdarəsinə göstəriş versə də, bu idarə neçə aydır ARDNŞ rəhbərinin tapşırığına əməl etmir. Əldə etdiyimiz məlumata görə, idarədən «Qarabağ»a göndərilən məktubda qeyd olunub ki, sözügedən stadion kluba cəmi bir illiyinə icarə verilə bilər.
Təbii ki, bu cavab «Qarabağ» klubunu qane etməyib.
Bu səbəbdən onlar məsələylə əlaqədar «Neftçi» İdman Sağlamlıq Mərkəzinin rəhbəri və Rövnəq Abdullayevin qohumu olan Sadıq Sadıqova müraciət edərək ondan kömək istəyiblər. S.Sadıqov məsələnin həllinə yardımçı olacağını deyib.
Məsələylə bağlı Qol.Az-ın ARDNŞ-dən münasibət öyrənmək cəhdləri nəticəsiz qalıb.
«Qarabağ»ın direktoru Əmrah Çəlikəl isə müxbirimizlə söhbətində Rövnəq Abdullayevin bu məsələdə kluba yardımçı olmaq istədiyini söyləyib: «Sağ olsun Rövnəq müəllim, həmişə olduğu kimi, bu dəfə də bizim bununla bağlı müraciətimizə həssaslıqla yanaşdı və məsələylə əlaqədar ARDNŞ-in müvafiq qurumlarına göstəriş verəcəyini söylədi. Amma orada müqavilə məsələlərinə baxan idarədən müsbət cavab ala bilmirik. Onlar stadionu bizə bir illiyinə icarəyə verir. Onsuz da biz hər mövsümün əvvəlində Suraxanı stadionunu bir il müddətinə icarəyə götürürük. Amma müddət qısa olduğundan orada istədiyimiz işləri həyata keçirə bilmirik».
Ə.Çəlikəl «Qarabağ»ın sözügedən arenanı 20-25 il müddətinə icarəyə götürərək ora sərmayə qoymaq istədiyini təsdiqləyib: «Biz bu müddətdə Suraxanı stadionunda baza və stadion tikə bilərik».
«Bəs, Suraxanı stadionunu uzun müddətə icarəyə götürmək istəyi o anlama gələ bilərmi ki, «Qarabağ» yenidən oyunlarını Quzanlıda deyil, Bakıda keçirsin?» Qol.Az-ın müxbirinin bu sualına cavab olaraq, Əmrah Çəlikəl deyib ki, klub mövsümün əvvəlində Peşəkar Futbol Liqasına göndərdiyi sifariş ərizəsində iki stadionun - Suraxanı və Quzanlıdakı arenaların adını qeyd edib: «Biz növbəti illərdə də hər iki stadionu sifariş edəcəyik. Oyunlarımızın bəzilərini Bakıda və digərlərini isə Quzanlıda keçirəcəyik» - deyə. Ə.Çəlikəl bildirib.
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
Montelladan istefa sualına cavab
“Qarabağ”ın qapıçısı İsveçlə matçı kənardan izlədi
Puxaç darmadağının iştirakçısı olmadı
Varkonyinin debütu yenə baş tutmadı
Fransa - İtaliya matçında heç-heçə, Türkiyə uduzdu
Yankoviç oynadı, komandası qalib gəldi
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video