“Xəzər Lənkəran” klubunun prezidenti Mais Mənsimovun müsahibəsi
- Mais müəllim, klubumuzda son durumu necə xarakterizə edə bilərdiniz?
- Bildiyiniz kimi, “Xəzər Lənkəran” bu mövsümə uğurlu start verdi. Çempionatın başlanğıcından etibarən turnir cədvəlinin zirvəsində qərarlaşmışıq ki, bu da komandamızın yaxşı oyun sərgilədiyinin əyani sübutudur. Sevindirici haldır ki, Avroliqanı tərk etdikdən sonra komandamız qısa müddətdə toparlanmaqla yeni mövsümə köklənməyi bacardı.
- Premyer Liqanın axırıncı turundakı məğlubiyyətimizdən sonra mətbuatda komanda barəsində ziddiyyətli məlumatlar yer alıb. Klubun prezidenti olaraq klub daxili hazırki vəziyyəti dəyərləndirməyinizi Sizdən xahiş edirik.
- Həmin oyundan dərhal sonra komandanın ümumi toplantısı keçirildi Orada məşqçi və oyunçu heyəti tam tərkibdə iştirak etmişdir. Toplantıda şəxsən komandanın zəif çıxışı ilə bağlı narazılığımı bildirdim. Öz növbəsində məşqçi heyəti söz verdi ki, buraxılan səhvlər təhlil ediləcək və gələcəkdə təkrarlanmayacaq. Böyükhesablı məğlubiyyətə dərhal reaksiya verməyimizin səbəbi odur ki, “Xəzər Lənkəran” hər zaman yalnız çempionluğa oynayan bir klubdur və komandanın göstərdiyi nəticələr onun iddiasını əks etdirməlidir.
- Yayılan şayiələrdə adı ən çox rast gəlinən qapıçı Kamran Ağayevdir. Onun baş məşqçi Mirça Redniklə münaqişədə olduğu bildirilir. Həmçinin onun komandadan gedişi ilə bağlı müxtəlif, bir- birini təkzib edən məlumatlar mətbuatda yer alıb. Bütün bunlarla bağlı Sizin fikrinizi bilmək istərdik.
- Elə bu gün Kamranla görüşüm olub. O, mənə məşqçi ilə heç bir probleminin olmadığını bildirdi. Öz növbəsində Mirça Rednik də bunu təsdiq edir. Odur ki, münaqişə haqda olan məlumatlar qətiyyən həqiqəti əks etdirmir.
Kamran Ağayev artıq neçə mövsümdür ki, “Xəzər Lənkəran”ın şərəfini qoruyur. Məhz burada o, yüksək səviyyəli qapıçı kimi formalaşıb, milli yığmamızın birnömrəli qapıçısı olub. O özü də bunu yaxşı anlayır. Onu deyə bilərəm ki, bugünkü görüşümüzdə Kamran klubla müqaviləsinin artırılmasını məndən xahiş etdi. Beləliklə, Kamran 2014-cü ilin yayına qədər “Xəzər Lənkəran”a məxsus futbolçudur.
- Sizcə, bu cür şayiələrin yaranmasının səbəbi nədir?
Hesab edirəm ki, belə şayiələrin yaranması təsadüfi deyil. Bunların arxasında müəyyən dairələr durur. O dairələr ki, “Xəzər Lənkəran”ın uğurlu startından, yaxın izləyicisindən vaxtilə 7 xala qədər olan fərqindən qorxaraq komandamızı belə qeyri-idman vasitələrilə sarsıtmaq istəyirlər. Amma “Xəzər Lənkəran”da hökm sürən komanda ruhuna bu cür cəhdlər təsir edə bilməz. Komandamız həmişə olduğu kimi, yenə də meydanda göstərdiyi oyunla öz sözünü deyəcək.
Mənbə: "Xəzər Lənkəran"ın rəsmi saytı
Stadionda meyit tapıldı
Qırmızı vərəqə ona baha başa gəldi
Premyer Liqadan getdi, ərəb klubuna keçdi
"Qarabağ" - "Tvente" matçının biletləri satışa çıxarıldı
"Hapoel" - "Sabah" matçının heyətləri açıqlandı
PSJ-nin matçı təxirə salına bilər
“Qalatasaray” onu hədəfə aldı
Güləşçimiz dünya çempionu oldu
Borclara görə klubu sərt cəza gözləyir
Manedən doğma ölkəsinə böyük yatırım
Harri Keyndən ikinci “Qızıl buts” - Şəkil
Meydana daxil olan azarkeş Qattini zədələdi
“Komandamızda “Qarabağ”la oyunun həyəcanı çox böyükdür”
La Liqada yeni mövsümün ilk oyununu buraxacaq
Luka Modriçin qızı “Real”ın akademiyasına qoşuldu
"Fənərbaxça"dan Premyer Liqa klubuna - Rəsmi
"Aston Villa" iki transfer açıqladı
“Roma” 19 yaşlı yarımmüdafiəçi transfer etdi
"Qarabağ" Niderlanda yollandı - Şəkillər
Mourinyo: "O, yadplanetlidir"
“Napoli” İtaliya millisinin müdafiəçisini icarəyə götürdü
Qurban Qurbanovdan tənqidlərə cavab - Video
Poqba ilə müqaviləyə xitam verildi - Rəsmi
"Hapoel" - “Sabah” oyunu bu kanalda
Sefas “Tvente”yə qarşı oynayacaqmı? - Qurbanovdan açıqlama
"Yuventus" qapıçı transfer etdi
Dünyanın ən yaxşı müdafiəçiləri - Siyahı
Füllkruq "Verder"ə qayıtdı
SSKA “Qarabağ”dan 2 milyon avro tələb edir
“Fənərbaxça”nın futbolçusundan ÇL-də möhtəşəm qol - Video
“Hapoel”in kapitanı “Sabah”la oyun haqda danışdı
"Zirə" uduzdu, "Neftçi" qalib gəldi - "Sabahın ulduzları"
Çempionlar Liqasında pley-off başladı
"Beşiktaş" onu hədəfə aldı