“Qarabağ”la görüşə yaxşı hazırlaşmışdıq. Lakin gözləmədiyimiz təqdirdə ani səhvlərə yol verərək qapımızdan iki qol buraxdıq”.
Bu sözləri Qol.Az-ın müxbirinə açıqlamasında “Neftçi”nin yarımmüdafiəçisi Rəşad Abdullayev dünən “Qarabağ”a qalib gəldikləri (3:2) oyun haqda danışarkən deyib. Onun sözlərinə görə, məğlub duruma düşsələr də, özlərini toparlayıb hesab arasındakı fərqi azaltmağa nail olublar.
“Hiss edirdik ki, “Qarabağ”la oyunda qələbə qazana bilərik. İkinci yarıdakı oyunçu dəyişikliyidə qalib gəlməyimizdə böyük rol oynadı. Biz həmin oyunda sübut etdik ki, əvvəlki iki oyunda itirdiyimiz xallar sadəcə bir təsadüf idi” – deyə R.Abdullayev bildirib.
Komandasının ilk qoluna cərimə zərbəsindən imza atan Abdullayev bunları deyib: “Həmin nöqtələrdən qol vuracağıma çox əminəm. Bu nöqtələrdən birinci səfər deyil ki, fərqlənirəm. İlk yarıda vurduğum qol komandamızı bir qədər ümidləndirdi və ikinci hissəyə daha yaxşı əhval-ruhiyədə çıxmağımıza kömək etdi”.
Yuxarı
"Şamaxı"da 8-ci ayrılıq
Haaland hamını geridə qoydu
"Barselona"nın yetirməsi klubdan gedə bilər
Neymar DÇ-2026-ya qədər meydana çıxmayacaq
Panama millisinin DÇ-2026 üçün yekun heyəti
İkardi vətəninə qayıdır?
Premyer Liqada heç bir matçı buraxmadı
İtaliya A Seriyasında antirekorda imza atdı
"Turan Tovuz"un futbolçusu dünya çempionatına yollanır
Baş məşqçidən sonra onlar da klubdan getdi
"Sabah" qapıçısı ilə müqaviləni yenilədi
"Trabzonspor" Şimanskini transfer edə bilər
"Çelsi" futbolçusundan narazıdır
Millini DÇ-2026-ya aparan qol belə əbədiləşdirildi - Şəkil