"Xəzər-Lənkəran" "Simurq"la oyuna hazırlığı davam etdirir

XƏBƏR 27 Noyabr 2008 / 14:13 3924
-  A +

 Premyer-Liqanın I dövrəsinin son oyununa hazırlığı gündəlik məşqlərlə davam etdirən "Xəzər-Lənkəran" bu gündən etibarən bir yerə toplaşır. Komanda Bakıdakı son məşqini bu gün saat 17.30-da "Şəfa" stadionunda Hafiz Əliyevin başçılığı altında keçirəcək. "Xəzər-Lənkəran" klubunun rəsmi internet səhifəsindən Peşəkar Futbol Liqasının Mətbuat Xidmətinə məlum olub ki, komanda Zaqatalaya sabah səhər yola düşəcək. "Simurq" klubuna qarşı oyun isə şənbə günü saat 18.00-da keçiriləcək.

 


Son xəbərlər
02.07.25  14:35

PFL 17 yaşında