Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu

Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
ÖLKƏ FUTBOLU 26 Oktyabr 2026 / 19:15 4009
-  A +

Azərbaycanın U-15 millisi Bakıda təşkil olunan dünya çempionatında qrupda son iki oyununu keçirib.

QOL.az xəbər verir ki, yığmamız günün ikinci matçında Haiti millisi ilə qarşılaşıb və 0:4 hesabı ilə uduzub. Bundan öncə Famil Xəlilovun baş məşqçi olduğu millimiz İsrail yığması ilə üz-üzə gəlib və 3:1 hesabı ilə qalib gəlib.

Beləliklə, Azərbaycan millisi AF qrupunda çıxışını 3-cü yeri tutmaqla başa vurub. Komanda 65-96-cı yerlər uğrunda pley-off oyunlarında iştirak edəcək.

Xatırladaq ki, U-15 millimiz daha əvvəl Şərqi Timor yığmasını 6:0, Andorranı 1:0 hesabı ilə məğlub edib. Komanda Avstraliya millisinə isə 1:3 hesabı ilə uduzub.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner