Son Azərbaycan çempionu "Sabah" bu gün UEFA Çempionlar Liqasının 3-cü turunda "Borussiya" ilə qarşılaşır.
QOL.az xəbər verir ki, Dortmund təmsilçisi dünya futboluna sadiq azarkeşləri ilə tanınır. Yaxşı və çətin günündə olmalarına baxmayaraq, fanatları daim 81 min tamaşaçı tutumu olan "Signal Iduna Park"ı doldururlar.
"Borussiya" Dortmund azarkeşləri Almaniya və Avropa futbolunda ən coşqulu və tanınmış azarkeş kütlələrindən biri hesab olunur. Onları fərqləndirən əsas cəhətlər komandaya bağlılıqları, möhtəşəm stadion atmosferi və sarı-qara rənglərə olan sevgiləridir.

Dortmund azarkeşlərinin ən məşhur simvolu “Die Gelbe Wand”, yəni “Sarı divar” adlanan tribunadır. "Signal Iduna Park" stadionunun cənub tribunasıdır. Təxminən 25 min azarkeş ayaqüstə bu tribunada komandanı dəstəkləyə bilir. Matç zamanı minlərlə insan eyni anda mahnılar oxuyur, bayraqlar yellədir və şüarlar səsləndirir. Xüsusilə Avropa oyunlarında bu tribunanın görüntüsü futbolun ən yaddaqalan mənzərələrindən birinə çevrilir.
Bu gün biz “Sarı divar”ı hörənlərin - yəni "Borussiya" fanatlarının səsini Bakıda da eşidə biləcəyik. "Sabah" klubundan QOL.az saytına verilən xəbərə görə, qonaq komandaya 3675 nəfərlik yer ayrılıb, 1715 bilet isə artıq satılıb.
Dortmund azarkeşləri Bakı Olimpiya Stadionunda 308 və 309-cu sektorlarda yerləşəcəklər.
Xatırladaq ki, "Sabah" - "Borussiya" matçı bu gün Bakı vaxtı ilə saat 20:45-də başlanacaq.
İki turdan sonra hər iki komandanın 3 xalı var. Qol fərqinə görə, "Sabah" 22-ci, "Borussiya" isə 18-ci pillədə qərarlaşıb.
"Yuventus"da itki
2-ci liqada 2 oyun
Toral oynadı, komandası qalib gəldi
“Real”la münaqişəyə görə vəzifəsindən gedə bilər
Ronaldo millidəki davranışına görə cəzalandırıldı
UEFA FİFA-dan hesabat tələb etdi
Flik Arda Gülerin epizodunu şərh etməkdən yayındı
“Məni komandamın performansı maraqlandırır” - Dambrauskas
“Çempionlar Liqasında hər şey fərqlidir” - Zedadka
"Sabah"ın bütün futbolçularını araşdırmışam"
"Borussiya"nın "Sabah" hazırlığından - Şəkillər
“Liverpul”un 2 futbolçusu sıradan çıxdı
1-ci liqada həftənin hakimləri məlum oldu
Mbappe Avropanın ən yaxşı futbolçusu seçildi
Şirvanda qalib müəyyənləşmədi
Azərbaycan atleti Avropa birinciliyində 3 medal qazandı
Azərbaycan millisi UEFA İnkişaf Turnirinə bu heyətlə gedir
PSJ ilə oyunu buraxacaqlar
"Sabah" - "Barselona" oyununun biletləri satışda
“Dinamo” baş məşqçini istefaya göndərdi
“Qarabağ” və ASA birgə tədbir keçirdi - Şəkillər
Ən çox qazanan futbolçular - Siyahı
Asif Məmmədovdan 18 ilin rekordu
“Borussiya” Bakıya bu heyətlə yollandı - Şəkillər
Rişarlison prezidentliyə namizədi günahlandırdı
"Zirə"nin futbolçusu 100-ə çatdı
Misli Premyer Liqasında mövsümün tamaşaçı rekordu
Səfərdə 700-cü qol
Rafinya Neymarı geridə qoydu
"Yuventus"u qol atəşinə tutdular - Video
"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi
"Mançester Yunayted" yenə xal itirdi, "Arsenal" qalib gəldi
Zamiq Əliyevin klubundan inamlı qələbə
“Real” Joze Mourinyoya əvəzləyici axtarır