Dünya çempionatında daha bir gümüş medal

Dünya çempionatında daha bir gümüş medal
GÜLƏŞ 16 Oktyabr 2026 / 09:42 211
-  A +

Azərbaycan güləşçisi Günay Qurbanova ABŞ-ın Las Veqas şəhərində keçirilən U-23 dünya çempionatında gümüş medal qazanıb.

QOL.az xəbər verir ki, 59 kq çəki dərəcəsində mübarizə aparan güləşçi finalda ukraynalı Alina Filipoviçə sonuncu xal prinsipinə (4:4) əsasən məğlub olub.

Beləliklə, G.Qurbanova mundialı ikinci pillədə başa vurub.

Qeyd edək ki, Azərbaycan güləşçilərindən daha əvvəl Elmir Əliyev (60 kq) gümüş, Ruslan Nurullayev (77 kq) isə bürünc medal qazanıb. Oktyabrın 18-dək davam edəcək yarışda Azərbaycanı 23 güləşçi təmsil edir.

Daha çox


Qarabağ FK
Son xəbərlər
15.10.26  16:59

Rafinya qayıtdı

topaz banner