Süleyman və Elcan dünya çempionatına qələbə ilə başladı - Yenilənir

Süleyman və Elcan dünya çempionatına qələbə ilə başladı - Yenilənir
CÜDO 8 Oktyabr 2026 / 11:19 761
-  A +

Bakıda cüdo üzrə dünya çempionatı davam edir.

QOL.az xəbər verir ki, mundialın beşinci günündə Azərbaycanın daha 4 təmsilçisi mübarizə aparacaq.

Kişilər

90 kq

Süleyman Şükürov - 1/32 finalda norveçli Kornelius Eylertseni məğlub edib. O, növbəti mərhələdə Qoki Tayima (Yaponiya) ilə qarşılaşacaq.

Elcan Hacıyev - 1/32 finalda Aleksandr Knaufu (ABŞ) məğlub edib. O, 1/16 finalda Kiqan Yanqla (Kanada) üz-üzə gələcək.

Məmmədəli Fətiyev – ilk mərhələdən azaddır. O, 1/16 finalda Theodoros Tselidislə görüşəcək.

Qadınlar

70 kq

Südabə Ağayeva (70 kq) 1/32 finalda ispaniyalı Ai Tsunoda Roustanta uduzaraq mübarizəni başa vurub.

Azərbaycanın 4 medalı var

Hazırda Azərbaycan millisinin aktivində 4 medal (1 qızıl, 1 gümüş, 2 bürünc) var. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tskaev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) isə bürünc medal qazanıblar.

Dünya çempionatının görüşləri Milli Gimnastika Arenasında keçirilir.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner