Azərbaycan klubları Avropa futbolunun mötəbər tədbirində - Şəkillər

Azərbaycan klubları Avropa futbolunun mötəbər tədbirində - Şəkillər
XƏBƏR 30 Sentyabr 2026 / 10:15 253
-  A +

Avropa Futbol Klublarının (EFC) 33-cü Baş Assambleyası keçirilib.

QOL.az xəbər verir ki, tədbirdə quruma üzv olan Azərbaycan klublarının nümayəndələri də iştirak ediblər.

Azərbaycanı Assambleyada “Qarabağ”, “Sabah”, “Neftçi”, “Zirə”, “Turan Tovuz”, “Sumqayıt”, “Şəfa” və “İmişli” klublarının rəsmiləri təmsil ediblər.

Tədbirdə EFC prezidenti Nassir Əl-Xelaifi, UEFA prezidenti Aleksander Çeferin iştirak ediblər.

Qeyd edək ki, özündə 900-dən çox klubu birləşdirən Avropa Futbol Klubları qitənin peşəkar futbol klublarını təmsil edən, UEFA və FİFA tərəfindən tanınan klub təşkilatıdır. Qurumun qərarverici orqanı olan İcraiyyə Komitəsinin üzvləri sırasında “Qarabağ” klubunun İdarə Heyətinin üzvü Asif Əsgərov da var.

Baş Assambleyada Avropa klub futbolunun aktual məsələləri, klubların maraqlarının qorunması və beynəlxalq futbol qurumları ilə əməkdaşlıq müzakirə olunub.

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner