Millimizin üzvü Kosovada het-trik etdi

Millimizin üzvü Kosovada het-trik etdi
DÜNYA FUTBOLU 6 Sentyabr 2026 / 21:07 826
-  A +

Kosova Superliqasında 4-cü turun oyunları keçirilir.

QOL.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Vüsal İsgəndərlinin formasını geyindiyi "Malişeva" doğma meydanda "Gjilani" komandasını qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı inamlı qələbəsi ilə başa çatıb.

Bu matç həmyerlimiz Vüsal İsgəndərlinin möhtəşəm performansı ilə yadda qalıb. Oyuna əsas heyətdə başlayan futbolçumuz het-trik edərək qələbənin memarı olub. 

6 sentyabr

"Malişeva" - "Gjilani" - 3:1

Qollar: V.İsgəndərli, 10, 71, 75

Bu nəticədən sonra "Malişeva" 10 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.


Qarabağ FK
Son xəbərlər
05.09.26  19:09

Haalanddan 300-cü qol

topaz banner