Ronaldonun "casusluğu" gündəm oldu - Şəkil

Ronaldonun "casusluğu" gündəm oldu - Şəkil
DÜNYA FUTBOLU 6 Sentyabr 2026 / 18:05 598
-  A +

“Əl-Fateh” Kriştiano Ronaldo ilə bağlı maraqlı paylaşım edib.

QOL.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Pro Liqasının 5-ci turunda “Əl-Nəsr”in “Əl-İttihad”a 1:2 hesabı ilə məğlub olduğu oyunda maraqlı an yaşanıb.

Qarşılaşmanın sonlarına yaxın Ronaldo həmyerlisi Danilo Pereyranın yanına gəlib. Həmin vaxt müdafiəçi məşqçilər korpusunun göndərdiyi taktiki tapşırıqların yer aldığı kağızı oxuyurdu. Ronaldo isə kağızda yazılanları görməyə çalışıb. Bu görüntülər sosial şəbəkələrdə geniş müzakirə olunub.

“Əl-Fateh” də bu epizodu diqqətdən kənarda qoymayıb. Klub sosial şəbəkə hesabında Ronaldo və Pereyranın fotosunu paylaşıb. Daha sonra isə Pereyranın əlindəki kağızdakı məlumatları dəyişdirərək orada “Əl-Diriyah”la qarşıdakı oyunun bilet məlumatlarını yerləşdirib.

Qeyd edək ki, Ronaldo bu “casusluq”dan faydalana bilməyib. “Əl-Nəsr” 1:2 hesabı ilə məğlub olaraq mövsümdə ilk xal itkisini yaşayıb və 12 xalla 2-ci pillədə qalıb. “Əl-Hilal” 15 xalla liderdir. “Əl-İttihad” isə xallarının sayını 11-ə çatdıraraq 4-cü pilləyə yüksəlib.


Qarabağ FK
Son xəbərlər
05.09.26  19:09

Haalanddan 300-cü qol

topaz banner