Osimhen sıradan çıxdı

Osimhen sıradan çıxdı
DÜNYA FUTBOLU 6 Sentyabr 2026 / 17:15 712
-  A +

“Qalatasaray”ın hücumçusu Viktor Osimhen zədələnib.

QOL.az xəbər verir ki, SuperLiqanın 4-cü turunda “Başakşehir”lə oyunda xəsarət alan nigeriyalı futbolçunun müayinələrinin nəticəsi açıqlanıb.

Klubun yaydığı açıqlamada Osimhenin sağ adduktor əzələ qrupunda orta-ağır dərəcəli dartılma, qanama və gərilmə aşkarlanıb. Futbolçunun müalicəsi davam etdirilir.

Qeyd edək ki, 26 yaşlı hücumçunun zədə səbəbindən ən azı 3 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. Bu halda Osimhen “Qalatasaray”ın “Kocaelispor”, “Trabzonspor” və Çempionlar Liqasında “Sportinq”lə oyunlarını buraxacaq.


Qarabağ FK
Son xəbərlər
05.09.26  19:09

Haalanddan 300-cü qol

topaz banner