Bu gün İstanbul derbisi var

Bu gün İstanbul derbisi var
DÜNYA FUTBOLU 5 Sentyabr 2026 / 12:19 623
-  A +

Bu gün Türkiyə Super Liqasında mövsümün ilk İstanbul derbisi keçiriləcək.

QOL.az xəbər verir ki, 4-cü turda “Fənərbaxça” doğma meydanda “Beşiktaş”ı qəbul edəcək. “Chobani” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Matçın baş hakimi Halil Umut Meler olacaq.

Sözügedən komandalar Superliqada son 7 qarşılaşmalarında heç-heçə etməyiblər. Bu seriyada “Fənərbaxça” 4, “Beşiktaş” isə 3 qələbə qazanıb. Sonuncu heç-heçə 2 oktyabr 2022-ci ildə qeydə alınıb – həmin görüş 0:0 hesabı ilə başa çatıb.

Son 7 liqa derbisinin nəticələri isə belədir:

02.04.2023 – “Fənərbaxça” - “Beşiktaş” -  2:4
09.12.2023 – “Beşiktaş” -  “Fənərbağça” - 1:3
27.04.2024 – “Fənərbaxça” - “Beşiktaş” - 2:1
07.12.2024 – “Beşiktaş” - “Fənərbaxça” - 1:0
04.05.2025 – “Fənərbaxça” - “Beşiktaş” - 0:1
02.11.2025 – “Beşiktaş” - “Fənərbaxça” - 2:3
04.05.2026 – “Fənərbağça” - “Beşiktaş” - 1:0

Ümumi statistikada da rəqabət olduqca bərabərdir. Komandalar Superliqada indiyədək 140 dəfə üz-üzə gəlib. “Fənərbaxça” 51, “Beşiktaş”  44 qələbə qazanıb. 45 qarşılaşma isə heç-heçə başa çatıb. Qol fərqində də cüzi üstünlük “Fənərbaxça”dadır – 162:161.

Bugünkü qarşılaşmanın başqa maraqlı tərəfi isə komandaların eyni xalla meydana çıxmasıdır. 3 turdan sonra “Beşiktaş” 6 xalla 3-cü, “Fənərbaxça” isə eyni xalla 4-cü pillədədir.


Qarabağ FK
Son xəbərlər
topaz banner