Ozan Can oynadı, komandası uduzdu

Ozan Can oynadı, komandası uduzdu
DÜNYA FUTBOLU 2 Sentyabr 2026 / 20:15 1097
-  A +

Türkiyə 1-ci Liqasında 5-ci turun oyunları keçirilib.

QOL.az xəbər verir ki, Azərbaycan millisinin üzvü olmuş Ozan Can Kökcünün çıxış etdiyi  "Vanspor" doğma meydanda "Batman Petrolspor"u qəbul edib. Qarşılaşma meydan sahiblərinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

2 sentyabr

"Vanspor" - "Batman Petrolspor" - 0:2

Qollar: M.Doria, 45, Pedrinyo, 90+3

Ozan Can Kökçü matça start heyətidnə başlayıb və 66-cı dəqiqədə əvəzlənib.

Qeyd edək ki, "Vanspor" 4 xalla turnir cədvəlinin 14-cü pilləsində yer alıb. "Batman Petrolspor" isə 13 xalla liderliyini qoruyur.


Qarabağ FK
Son xəbərlər
topaz banner