İngiltərə millisinin hücumçusu “Əl Hilal”da

İngiltərə millisinin hücumçusu “Əl Hilal”da
DÜNYA FUTBOLU 31 Avqust 2026 / 14:03 317
-  A +

“Aston Villa”nın hücumçusu Ole Uotkins karyerasını Səudiyyə Ərəbistanıda davam etdirəcək.

QOL.az xəbər verir ki, İngiltərə millisinin üzvü “Əl Hilal”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Uotkinslə anlaşmanın detalları hələlik açıqlanmayıb.

Britaniya mətbuatının yazdığına görə, “Əl Hilal” transfer üçün bonuslarla birlikdə "Aston Villa"ya 70 milyon avro ödəyəcək.

Qeyd edək ki, 30 yaşlı futbolçu 2020-ci ildən “Aston Villa”da çıxış edirdi. O, Birmingem təmsilçisində 221 oyunda 91 qol vurub.


Qarabağ FK
Son xəbərlər
topaz banner