Başından xəsarət alan Kerem Aktürkoğlunun durumu açıqlandı

Başından xəsarət alan Kerem Aktürkoğlunun durumu açıqlandı
DÜNYA FUTBOLU 23 Avqust 2026 / 15:40 711
-  A +

"Fənərbaxça" Türkiyə Superliqasının 2-ci turunda "Konyaspor"la oyunda xəsarət alan futbolçusu Kerem Aktürkoğlunun durumu haqda açıqlama yayıb.

QOL.az İstanbul klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, başından xasarət alan vinger xəstəxanada müşahidə altında saxlanılıb və planlaşdırılmış müayinələrdən keçib.

27 yaşlı futbolçunun durumunda ciddi problem aşkarlanmayıb. O, bu gün də nəzarətdə saxlanılacaq və sabah evə buraxılacaq.

Xatırladaq ki, Kerem Aktürkoğlu "Konyaspor"la oyunun 54-cü dəqiqəsində top uğrunda mübarizə zamanı başından xəsarət alıb və meydanı xərəklə tərk edib.


Qarabağ FK
Son xəbərlər
topaz banner