Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Fransanın “Lion” klubunu qəbul edəcək “Fənərbaxça” 17 ildən sonra yenidən turnirin əsas mərhələsinə vəsiqə qazanmağa yaxındır.
QOL.az xəbər verir ki, İstanbul təmsilçisi Çempionlar Liqasının əsas mərhələsinə sonuncu dəfə 2008/09 mövsümündə yüksəlib.
İsmayıl Kartalın komandası bu gün keçiriləcək ilk görüşdə üstünlük qazanmağa çalışacaq. Avqustun 26-da Lion şəhərində keçiriləcək cavab oyununda da rəqibini mübarizədən kənarlaşdıracağı halda, “Fənərbaxça” 17 ildən sonra yenidən Avropanın ən nüfuzlu klub turnirində iştirak edəcək.
Qeyd edək ki, “Fənərbaxça” Çempionlar Liqasında indiyədək ən böyük uğurunu 2007/08 mövsümündə qazanıb. Artur Zikonun rəhbərliyi altında çıxış edən İstanbul klubu həmin mövsüm 1/4 finala yüksəlib və burada İngiltərənin “Çelsi” klubuna uduzub.
Qeyd edək ki, matç bu gün Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə