Joze Mourinyo “Real”ın baş məşqçisi kimi rəsmi təqdim olunub.
QOL.az xəbər verir ki, portuqaliyalı mütəxəssis “Real”ın məşq bazasında keçirilən qapalı mərasimdə klubun yeni baş məşqçisi kimi təqdim edilib. Mourinyo klub prezidenti Florentino Peresin iştirakı ilə 2029-cu ilin iyununa qədər nəzərdə tutulan müqaviləyə imza atıb. O təqdimat mərasimində klubla bağlı fikirlərini bölüşüb:
"Özümü evimə qayıtmış kimi hiss edirəm. Bu dəfə ilk dəfə ilə müqayisədə daha yaxşıdır. O zaman bu, məşqçilik karyeramda zirvəyə çatmaq kimi idi. İndi isə hər şey daha emosionaldır. Klubdan ayrılsam da, həmişə madridli olmuşam. Həmişə sizdən biri idim".
63 yaşlı mütəxəssis “Real”a futbolçuların, məşqçi heyətinin və kluba bağlı hər kəsin daha yaxşı olması üçün kömək etməyə qayıtdığını vurğulayıb.
Xatırladaq, Mourinyo Madrid klubunu daha əvvəl 2010-2013-cü illərdə çalışdırıb və bu müddətdə İspaniya çempionluğu, ölkə kuboku və Superkubokunu qazanıb. O, “Real”la 2029-cu il iyununadək müqavilə imzalayıb.
Qeyd edək ki, “Real” yeni mövsümə avqustun 22-də “Espanyol”la səfər matçı ilə başlayacaq.



“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı
"Arsenal"ın ən çox qazananı olacaq
40 yaşında futbola qayıdır
Qvardiola yenidən "Etihad"da
La Liqa klubunun kapitanı saxlanıldı
"Ronaldo Jesusun üzünə ‘Cəhənnəmə get’ deməli idi”
“Liverpul” "Real"a qarşı
Azərbaycanın iki boksçusu yarımfinalda - Avropa çempionatı
Suarezdən Messiyə vida sözləri
Sərtan Taşkın yenidən Azərbaycan klubunda
Ronaldo 6 aylıq cəza ilə üzləşə bilər