“Real”ın futbolçusu Arda Güler yeni mövsümün hazırlıq prosesində komandanın ən diqqətçəkən oyunçularından biri olub.
QOL.az “Marca”ya istinadən xəbər verir ki, Türkiyə millisinin 21 yaşlı üzvü hazırlıq dövründə “Real”ın ən yaxşı və sabit futbolçusu kimi fərqlənib. Bildirilir ki, Joze Mourinyo Madrid klubuna qayıtdıqdan sonra komandanın oyun strategiyasının müəyyən hissəsini Arda Gülərin üzərində qurub. Gənc yarımmüdafiəçinin məşqlərə yüksək səviyyədə hazır gəldiyi və La Liqada mövsümün ilk oyununda start heyətində yer almağa layiq olduğunu göstərdiyi qeyd olunur.
Arda Güler Mourinyodan əvvəl “Real”da 10 nömrə mövqeyində çıxış etməsə də, portuqaliyalı mütəxəssisin ona verdiyi yeni tapşırığın öhdəsindən uğurla gəlib. Mənbə futbolçunun çıxışını belə qiymətləndirib: “Mourinyonun ona həvalə etdiyi vəzifəni artıqlaması ilə yerinə yetirdi. “Real”da daha əvvəl 10 nömrə mövqeyində oynamayan futbolçu əsl 10 nömrə performansı göstərdi”.
Qeyd edək ki, Arda Güler ötən mövsüm “Real”ın heyətində 51 matçda 6 qol vurub və 14 qolun ötürməsini verib.
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı
"Arsenal"ın ən çox qazananı olacaq
40 yaşında futbola qayıdır
Qvardiola yenidən "Etihad"da
La Liqa klubunun kapitanı saxlanıldı
"Ronaldo Jesusun üzünə ‘Cəhənnəmə get’ deməli idi”
“Liverpul” "Real"a qarşı
Azərbaycanın iki boksçusu yarımfinalda - Avropa çempionatı
Suarezdən Messiyə vida sözləri
Sərtan Taşkın yenidən Azərbaycan klubunda
Ronaldo 6 aylıq cəza ilə üzləşə bilər