Braziliya A Seriyasında vaxt itirməyə qarşı yeni qayda sınaqdan keçirilir və Neymar bu qaydanın tətbiq olunduğu ilk futbolçu olub.
QOL.az xəbər verir ki, "Reuters" nəşrinin məlumatına görə, "Santos"un kapitanı "Vasko da Qama"ya qarşı 3:0 hesablı qələbə zamanı meydanı bir dəqiqəlik tərk etməli olub.
Yeni qaydaya əsasən, qapıçı tibbi yardım almaq üçün oyunun dayanmasına səbəb olarsa, baş məşqçi dərhal meydan oyunçularından birini müəyyənləşdirərək oyunun bərpasından sonra onu 1 dəqiqəlik meydandan kənara göndərməlidir.
Məşqçi 10 saniyə ərzində futbolçu seçməzsə, meydanı tərk etməli olan oyunçu komandanın kapitanı olur.
"Vasko da Qama" ilə matçda "Santos"un qapıçısı Qabriel Brazau tibbi yardım istəyib. Baş məşqçi 10 saniyə ərzində futbolçu müəyyənləşdirmədiyi üçün hakim Neymarın meydanı tərk etməsini tələb edib.
Qeyd edək ki, bu qaydanın digər turnirlərdə, o cümlədən İngiltərə Premyer Liqasında da sınaqdan keçirilməsi planlaşdırılır.
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı
"Arsenal"ın ən çox qazananı olacaq
40 yaşında futbola qayıdır
Qvardiola yenidən "Etihad"da
La Liqa klubunun kapitanı saxlanıldı
"Ronaldo Jesusun üzünə ‘Cəhənnəmə get’ deməli idi”
“Liverpul” "Real"a qarşı
Azərbaycanın iki boksçusu yarımfinalda - Avropa çempionatı
Suarezdən Messiyə vida sözləri