Argentina millisinin hücumçusu Lionel Messi atası Xorxe Messinin vəfatı ilə bağlı paylaşım edib.
QOL.az xəbər verir ki, o, atası ilə fotosunu paylaşaraq ona dair vida sözlərini yazıb:
“Sənsiz nə edəcəyimi, necə davam edəcəyimi bilmirəm. Mən sadəcə futbol oynayırdım və indi bunu daha nə qədər davam etdirəcəyimə dair çoxlu şübhələrim var. Əvvəldən yanımda idin, sona isə çox az qalmışdı. Niyə bir az da dözmədin ki, birlikdə başa çatdıraq?
Bilirəm ki, sənin xoşbəxtliyin ailəni, həyat yoldaşını, övladlarını yaxşı görmək və hər şeydən çox, başqaları bilmədən mənim oyunumu izləmək idi.
Uşaqlıqdan həmişə belə olub. İşdən gələn kimi məni bütün məşqlərə aparırdın. Çox vaxt isə sən işlədiyin üçün məni anam aparırdı.
Təbii ki, oyunlarımın heç birini buraxmırdın. Məni izləyərkən necə əziyyət çəkdiyini, necə sevindiyini görürdüm. Baxmayaraq ki, mənə çox tərif deməzdin.
Sən mənim atam, dostum və nümayəndəm oldun. Hər zaman, hər vəziyyətdə olmalı olduğun insan idin və heç vaxt yanılmadın. Bəzi iradlara və mübahisələrə baxmayaraq, sonda həmişə sənin dediyin olurdu.
Sənin üçün çox darıxacağam. Amma sən həmişə yanımızda olacaqsan. Xüsusilə də uşaqlarımın tərbiyəsində. Çünki mən onlara sizin mənə öyrətdiklərinizi öyrədirəm və onları sizin məni böyütdüyünüz kimi böyüdürəm.
Rahat yat və bizi yuxarıdan, burada etdiyin kimi qoru. Hər şey üçün təşəkkür edirəm.
Səni sevirəm, ata”.
Qeyd edək ki, Xorxe Messi avqustun 8-də 68 yaşında vəfat edib.
“Turan Tovuz”dan yenilik
"Sabah"ın pley-offdakı rəqibi bilindi
"Sabah" bizi cəzalandırdı" - "Orhus"un baş məşqçisi
Argentina və Rusiya yığmaları qarşılaşa bilər
"Sabah" Çempionlar Liqasının “pley-off”unda!
"Kayrat" ÇL-dən kənarda qaldı
"Ronaldoya qol vurmağı öyrədə bilməzdim"
Slot yığmanı çalışdırmaqdan imtina edib?
“Neftçi” macarıstanlı futbolçu transfer etdi
Alman klubundan stadionda çəkilişlə bağlı sərt qərar
"Karvan-Yevlax"dan böyükhesablı qələbə
"Sumqayıt"dan növbəti transfer
"Sabah" - "Orhus": Heyətlər
FİFA millinin məşqçisini cəzalandırdı
Poqba sıradan çıxdı
16 yaşlı futbolçu MLS-dən "Çelsi"yə gəlir
Messi atasının ölümünə görə futboldan uzaq qalacaq
"Kəpəz"dən daha bir transfer