“San-Paulu”nun Cənubi Amerika kubokunun 1/8 final mərhələsində Boliviyada “Bolivar”la oyunu öncəsi maraqlı hadisə baş verib.
QOL.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Braziliya klubunun nümayəndə heyəti ilə səfərdən əvvəl futbolçuların və məşqçilər korpusunun daşınması üçün nəzərdə tutulan avtobusda 86,5 kq marixuana aşkarlanıb.
Yerli hüquq-mühafizə orqanları nəqliyyat vasitəsini müsadirə edib, daşınmanın təşkilində iştirak edən 3 nəfəri saxlayıb.
Buna baxmayaraq, “San-Paulu”nun logistika xidmətlərini həyata keçirən şirkət vəziyyəti tənzimləyərək əvvəlcədən razılaşdırılmış vaxtda başqa avtobus təqdim edib. Klub isə səfər zamanı digər avtobusdan istifadə edib.
Qeyd edək ki, “Bolivar”la “San-Paulu” arasında ilk oyun 1:1 hesabı ilə başa çatıb. Cavab qarşılaşması bir həftə sonra Braziliyada keçiriləcək.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”