"Mançester Yunayted" qapıçısını satdı

"Mançester Yunayted" qapıçısını satdı
DÜNYA FUTBOLU 8 Avqust 2026 / 14:39 510
-  A +

"Mançester Yunayted" qapıçısı Radek Vitek "Midlsbro"ya transfer olunub.

QOL.az xəbər verir ki, İngiltərə təmsilçisi 23 yaşlı çex qolkiperlə müqavilə imzalandığını açıqlayıb. "Mançester Yunayted" də sosial şəbəkə hesabında Vitekə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.

Vitek ötən mövsüm "Bristol Siti"də icarə əsasında çıxış edib. O, bütün turnirlərdə 41 oyunda meydana çıxıb, 54 qol buraxıb və 12 matçda qapısını toxunulmaz saxlayıb.

Qeyd edək ki, Vitek 6 il "Mançester Yunayted"də çıxış edib. Transfermarkt onun bazar dəyərini 6 milyon avro qiymətləndirir.


Qarabağ FK
Son xəbərlər
topaz banner