Azərbaycanlı gənc futbolçu Kamil Sadıqov yeni mövsümdə Albaniyanın Kavaya şəhərini təmsil edən "KS Besa Kavaya" klubunda top qovacaq.
QOL.az xəbər verir ki, bu haqda oyunçunun atası Elçin Sadıqov danışıb.
Onun sözlərinə görə, Kamil “KS Besa Kavaya”da mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edəcək:
"Kamil futbola 6 yaşında başlayıb. Uşaqlıqdan hiperaktiv olması və futbola olan böyük sevgisi onun məhz bu idman növünü seçməsində əsas rol oynayıb. Futbolda ilk addımlarını "Əlincə"də atıb və burada 6 il ərzində özünü xeyli inkişaf etdirib, müxtəlif turnirlərdə uğurlu çıxışları ilə diqqət çəkib. Daha sonra "Qarabağ"ın məşqçilərinin diqqətini cəlb edən Kamil klubun akademiyasına dəvət olunub. “Qarabağ”da keçirdiyi 6 il ərzində həm texniki, həm taktiki, həm də liderlik keyfiyyətlərini nümayiş etdirib, özünü perspektivli futbolçulardan biri kimi təsdiqləyib, "köhlənlər"in 19 yaşadək oyunçulardan ibarət komandasının kapitanı seçilib".
Ardından Azərbaycan 1-ci liqasında mübarizə aparan "Difai"də davam etdirən gənc yarımmüdafiəçi buradakı uğurlu oyunu sayəsində Albaniyadan dəvət alıb.

Kamil özü isə əsas hədəflərini açıqlayıb. O, gələcəkdə Azərbaycan milli komandasının formasını geyinmək, eləcə də dünyanın ən nüfuzlu futbol liqalarından birində oynamaq və ölkə futbolunu ən yüksək səviyyədə təmsil etmək istədiyini deyib. Kamilin əsas arzularından biri İngiltərənin "Liverpul" və Türkiyənin "Qalatasaray" klublarının formasını geyinməkdir.

Qeyd edək ki, "KS Besa Kavaya" Albaniyanın ən köklü və tanınmış futbol klublarından biridir. Klub 25 oktyabr 1925-ci ildə yaradılıb və ölkənin ən qədim futbol kollektivlərindən sayılır. İlk illərində "Adriatiku" və "SK Kavaya" adları ilə fəaliyyət göstərsə də, 1935-ci ildən "Besa" adını daşıyır. Klubun ev oyunları Kavayadakı Besa Stadionunda keçirilir. Ənənəvi forma rəngləri sarı və qaradır. Hazırda Albaniyanın ikinci liqasında çıxış edir. Tarixi boyunca 2 dəfə Albaniya Kubokunun (2007, 2010), 1 dəfə Albaniya Superkubokunun qalibi (2010), 1 dəfə isə Balkan Kubokunun finalçısı (1971) olub. Kavaya təmsilçisi 2000-ci illərin sonlarında UEFA İntertoto Kuboku və UEFA Avropa Liqasının seçmə mərhələlərində də iştirak edib.
Mənbə: fanat.az
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video
“Şəfa” - “Sabah”: Heyətlər
Runi Mançester derbisinin hakimliyini sərt tənqid etdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Neftçi" onunla müqaviləni uzatdı
Marselo Qalyardo rəsmən Ekvador millisində
“Sumqayıt” rəhbərliyinin uğursuz seçim fəlsəfəsi
“Qalatasaray”a "yox" dedi
"Qarabağ"ın yeni transferi: "Bu qərarı baş məşqçi verir"
Mourinyo Arda Güleri təriflədi: "Fantastik potensial"
Nə Azərbaycanda işi yarıtdı, nə də Serbiyada
"İmişli"dən "Şəfa"ya
"Liverpul" rekord transfer üzərində işləyir
Brozoviç rəsmən Qətər klubunda
"Qarabağ"ın məqsədi çempion olmaqdır” - Bense Varkonyi
Mendi milli karyerasını başa vurdu
"Barselona"nın 4 qollu qələbəsi - Video
"Qalatasaray"ın qələbəsi - Video
Toral "Bursaspor"da daha bir oyuna çıxdı
Renat Dadaşov Ukraynada debüt etdi
"Zirə" - "Qarabağ" matçından - Video
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"
126 illik antirekordu təkrarladılar