Kiyev “Dinamo”sunun hücumçusu Matvey Ponomarenko UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ” üzərində qazandıqları 1:0 hesablı qələbəni şərh edib.
QOL.az xəbər verir ki, o, bu haqda ua-foootball.com saytına açıqlamasında danışıb. Matçda yeganə qolun müəllifi olan Ponomarenko deyib:
“Qələbə qazandığımız yaxşı oldu. Amma çoxlu səhvlərimiz var idi, onları aradan qaldırmalıyıq. Düşünürəm ki, topa daha çox nəzarət etməliyik. Bunun üzərində işləyəcəyik. Əsas odur ki, qalib gəldik və komanda növbəti oyuna yaxşı əhval-ruhiyyə ilə hazırlaşacaq. Özümüzə minimal üstünlük qazandırdıq. Bakıda da qalib gəlib növbəti mərhələyə yüksəlməyə çalışacağıq”.
Ponomarenko vurduğu qol epizodundan da danışıb:
“Mərkəzdə topu ələ keçirdikdən sonra sürətli əks-hücuma çıxdıq. Yustin Lonveyk mübarizə apardı, topun mənə gəldiyini gördüm və qol vura biləcəyimi hiss edib irəli atıldım. Topu qapıya göndərdim. Şükürlər olsun ki, qol oldu və qol həsrətimə son qoydum. Ümid edirəm ki, bunun davamı gələcək və hər oyunda fərqlənəcəyəm”.
O, baş məşqçi İqor Kostyukun final fitindən sonra ona yaxınlaşdığını da qeyd edib: “O, məni vurduğum qol münasibətilə təbrik etdi və oyuna görə təşəkkürünü bildirdi”.
"Kəpəz" - "Sumqayıt" matçından - Video
Azərbaycan cüdoçusu dünya çempionu oldu
Zamiq oynadı, komandası qələbə qazandı
Premyer Liqada 5-ci tura yekun vuruldu
“Futbolçuların dəstəyə ehtiyacı var" - Azər Məmmədov
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
Misli Premyer Liqasında 19 günlük fasilə başladı
"Kəpəz" - "Sumqayıt" matçında heç-heçə, "Şamaxı"dan qələbə
Millinin oyunlarını buraxa bilər
Madrid derbisini “Atletiko” qazandı - Yenilənib
Muriqi poker etdi, “Fənərbaxça” 8 qolla qalib gəldi
"Şamaxı"nın qələbəsindən - Video
2-ci liqa: "Şirvan"dan böyükhesablı qələbə
Azərbaycan millisinin rəqibinin heyətində dəyişiklik
"Kəpəz" - "Sumqayıt": Heyətlər
Matçdan öncəki məşq zamanı qorxulu qəza - Video
“Barselona”nın müdafiəçisi sıradan çıxdı
2-ci liqada 6 oyunun saatı məlum oldu
Luis Enrikedən PSJ ulduzları üçün şok qərar
Bellinqem “Real”la müqaviləsini uzadır
3 ildən sonra yenə "Brayton"
"Şamaxı" - "Araz-Naxçıvan": Heyətlər açıqlandı
"Barselona"nın tarixinə düşdü
“Qalatasaray”dan son 60 ilin ən pis müdafiə göstəricisi
PSJ prezidenti ilə bağlı araşdırma başladı
İsgəndər Cavadovun möhtəşəm qolu! - Video
Azərbaycandan ayrılıb Afrikaya üz tutdu
Ronaldo de Souza: “Qarabağ” güclü rəqibdir, lakin…”
Azərbaycanın iki boksçusu Avropa çempionatının 1/4 finalında
Rüfətin komandası yenə uduzdu