Fransanın "Marsel" klubu maliyyə qalmaqalının mərkəzinə düşüb.
QOL.az xəbər verir ki, bu barədə jurnalist Romen Molina məlumat yayıb.
İddiaya görə, klubun sabiq prezidenti Pablo Lonqoriya rəhbərliyi dövründə "Marsel"ə zərər vuran müxtəlif maliyyə pozuntularına yol verib. Məsələn, 2023-cü ildə Joffrey Kondoqbianın "Atletiko"dan transferi zamanı menecer Eucenio Botasa ödənilən komissiyaya görə keçidin məbləği 8 milyon avrodan 9 milyon avroya yüksəlib. Bildirilir ki, həmin agent Lonqoriyanın yaxın dostudur.
Klubun sahibi Frenk Makkort hazırda maliyyə vəziyyəti ilə bağlı daxili araşdırma aparır. Məhz onun təkidi ilə Lonqoriya vəzifəsindən uzaqlaşdırılıb və buna görə sabiq prezidentə 1 milyon avrodan çox təzminat ödənilib.
Məlumata görə, Lonqoriyanın fəaliyyəti nəticəsində "Marsel"in borcu 150 milyon avroya çatıb. Klub bu məbləği 2027-ci il iyunun 30-dək bağlaya bilməsə, 2027/2028 mövsümünə Liqa 2-də başlamaq təhlükəsi ilə üzləşəcək.
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı
"Arsenal"ın ən çox qazananı olacaq
40 yaşında futbola qayıdır
Qvardiola yenidən "Etihad"da