"Real"da itki

"Real"da itki
DÜNYA FUTBOLU 27 İyul 2026 / 18:55 320
-  A +

Madrid "Real"ının yarımmüdafiəçisi Tyaqo Pitarç zədə səbəbindən komandasının mövsümün əvvəlindəki oyunlarını buraxacaq.

QOL.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Mənbənin iddiasına görə, 18 yaşlı ispaniyalı futbolçu məşqlərin birində dizindən zədələnib. Müayinədən sonra onun sol dizinin medial kollateral bağının qırıldığı müəyyən edilib.

Pitarçın bərpasının 6-8 həftə çəkəcəyi bildirilir.

Gənc yarımmüdafiəçi ötən mövsüm "Real"ın əsas komandasında 16 oyuna çıxıb və 2 məhsuldar ötürmə verib. O, bu yay həmçinin U-19 Avropa çempionatının qalibi olub.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

topaz banner