"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının 1-ci təsnifat mərhələsində İslandiya "Vestri"sinə 3:0 hesabı ilə qalib gəldikləri cavab oyunu haqda fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, onun komandası iki oyunun cəmində 6:0 hesablı qələbə ilə 2-ci mərhələyə adlayıb. "Qarabağ" növbəti mərhələdə Bolqarıstan SSKA-sı ilə qarşılaşacaq.
Q.Qurbanov həm komandasının çıxışını, həm də Azərbaycan təmsilçilərinin avrokuboklardakı uğurlu nəticələrini yüksək qiymətləndirib. O, SSKA-ya qarşı daha yaxşı hazırlaşmalı olduqlarını da vurğulayıb:
“Yaxşı oyun alındı. Uzun səfərə baxmayaraq, qələbə bizim üçün çox vacib idi. İki oyunun yekununda 6 qol vurub qol buraxmamağımız yaxşı nəticədir. Futbolçularımı təbrik edirəm.
Bu, ilk mərhələ idi. Qarşıda bizi Bolqarıstan SSKA-sı gözləyir. Artıq sabahdan rəqibi daha yaxından öyrənməyə başlayacağıq. Çünki hələ çatışmazlıqlarımız var və növbəti oyuna daha yaxşı hazırlaşmalıyıq. Ancaq bu gün əvvəlki matçla müqayisədə hava şəraitini də nəzərə alsaq, daha diqqətli oynadıq. Qarşıdakı görüşə qədər vaxtımız var. İnanıram ki, növbəti matça daha yaxşı formada çıxacağıq".
Həmçinin "Sabah"ı və "Zirə"ni də təbrik edirəm. Altı oyunda altı qələbə qazandıq. Bu nəticələr ölkəmizin reytinq xallarının artması baxımından çox önəmlidir. Bütün komandalarımıza uğurlar arzulayıram”, - deyə Qurbanov əlavə edib.
“Marafon”dan ilk
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır
Oyun vaxtı telefona baxmasalar, hədiyyə qazanacaqlar
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
Kompaninin durumu açıqlandı
Vitse-prezident istefa verdi - İnfantinoya görə
Azərbaycan Cüdo Federasiyası Olimpiya hədəfini açıqladı
Misli Premyer Liqasında həftənin hakimləri