FİFA prezidenti Canni İnfantino DÇ-2026-da bütün oyunlarda tətbiq edilən su fasilələrinin səbəbi barədə danışıb.
QOL.az FİFA-nın saytına istinadən xəbər verir ki, qurum rəhbəri qərarın yalnız hava şəraiti ilə bağl olduğunu bildirib.
“Əsas səbəb isti havadır. Nəzərə almalıyıq ki, dünya çempionatı kimi 39 gün davam edən turnirdə komandalar potensial olaraq 8 oyun keçirə bilərlər. Buna görə də futbolçuların qısa müddət dincəlmək imkanı əldə etməsi çox vacibdir”, - deyə İnfantino qeyd edib.
O, bütün komandalar üçün bərabər şərait yaratmağın da vacib olduğunu vurğulayıb: “Bizim üçün daha önəmlisi odur ki, hər matçda bütün komandalar eyni şərtlərdə çıxış etsin. Bir oyunda hava daha isti olduğu üçün məşqçinin komandaya əlavə göstəriş vermək imkanı əldə etməsi, digər oyunda isə belə imkanın olmaması ədalətli deyil. Buna görə də fasilələri bütün matçlarda tətbiq edirik”.
İnfantino bu qərarın maliyyə məqsədi daşımadığını da qeyd edib:
“Bu fasilələr FİFA-ya əlavə gəlir gətirmir. Bütün kommersiya müqavilələri əvvəlcədən imzalanıb. Ona görə də bu, maliyyə məsələsi deyil, sırf idman məsələsidir”.
FİFA prezidenti hesab edir ki, fasilələr futbolçuların oyunun son dəqiqələrində də yüksək temp saxlamasına kömək edir:
“Oyunun son saniyələrinədək futbolçular hücum edir və aktiv oynayırlar. Ola bilsin ki, buna həmin qısa fasilələr də təsir göstərir. Futbolçular dincəlib meydançaya qayıdır və öz imkanlarını nümayiş etdirirlər”.
Qeyd edək ki, DÇ-2026-da su fasilələri 22-ci və 67-ci dəqiqələrdə keçirilir və hər biri 3 dəqiqə davam edir. Bu vaxt sonradan kompensasiya olunmuş vaxta əlavə edilir. Belə praktika dünya çempionatları tarixində ilk dəfə tətbiq olunur.
Messidən unikal rekord
"Sabah" hücumçu aldı
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir"
İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı
2-ci liqada 2 turun təqvimi açıqlandı
“Karvan-Yevlax” koreyalı futbolçu transfer etdi
İlin ən yaxşı gənc futbolçusu adına namizədlər
Kurtua, Martinez, Vozinya...
Pikedən "Real" azarkeşinə cavab
Kilsə, şərf və "Vyeçista”ya transfer - Şəkillər
İlin məşqçisi adına namizədlər açıqlandı
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Kəpəz" - "Qəbələ" matçı 1 dəqiqəlik sükutla başlayacaq
Millimizin sabiq baş məşqçisi BƏƏ klubunda
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edilib
“Qarabağ” Koxalskinin gedişini açıqladı - Bu kluba keçdi
Türkilər “Liverpul”un baş sponsoru olur - Rəsmi
“Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
Keyn: “Çempionlar Liqasını qazanmağa yaxınıq”
AFFA-dan klublara cərimələr
ÇL-in oyunları bu kanallarda
“Liverpul” Avropanın ən nüfuzlu klubu seçildi
"Səbail" Fransadan oyunçu aldı