Özbəkistan millisinin baş məşqçisi Fabio Kannavaro DÇ-2026-nın qrup mərhələsində bu gün Portuqaliyaya qarşı keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb.
QOL.az Özbəkistan mediasına istinadən xəbər verir ki, italiyalı mütəxəssis rəqibin heyətində yalnız Kriştiano Ronaldonuj deyil, bir çox yüksək səviyyəli futbolçunun yer aldığını bildirib: “Biz təkcə Kriştiano Ronaldoya qarşı oynamırıq. O, futbol tarixinin ən böyük oyunçularından biridir. Amma Portuqaliya yalnız Ronaldodan ibarət deyil. Onların həm əsas heyətdə, həm də ehtiyat oyunçular skamyasında çox güclü futbolçuları var”.
O, xüsusilə cərimə meydançasında Ronaldonun təhlükəli olduğunu qeyd edib: “Ronaldonu cərimə meydançasında bir saniyə belə nəzarətsiz buraxmaq olmaz. O, həm standart vəziyyətlərdən, həm də oyunun gedişində istənilən an qol vura bilər. Buna görə də matç boyu maksimum diqqətli olmalıyıq”.
Kannavaro komandasının oyuna xüsusi hazırlıq gördüyünü də bildirib:
“Öz planımız və strategiyamız var. Çox güclü rəqibə qarşı oynayacağımızı bilirik. Amma daha əvvəl də dediyim kimi, qorxmuruq. Ən yaxşı oyunumuzu göstərməyə və sonadək mübarizə aparmağa çalışacağıq”.
Qeyd edək ki, Portuqaliya - Özbəkistan oyunu bu gün ABŞ-ın Hyuston şəhərində keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”