Almaniyalı mütəxəssis Yürgen Klopp Türkiyə millisinin 2026-cı il dünya çempionatındakı uğursuz çıxışını şərh edib.
QOL.az xəbər verir ki, "Maqenta TV"nin canlı yayımında danışan Klopp bildirib ki, türk futbolsevərlərin yaşadığı məyusluğu yaxşı anlayır:
“Bu illər ərzində çoxlu türk dostlar qazanmışam və onların nə qədər məyus olduqlarını yaxşı başa düşürəm. Türkiyə turnirə böyük həvəslə başladı. Ancaq baş verənlər göstərdi ki, niyə belə güclü komanda bəzən böyük turnirlərdə məqsədinə çata bilmir.
Əgər kimsə soruşsa ki, "onlar qələbəni kifayət qədər istəmirdilərmi?" cavab qəti şəkildə xeyr olacaq. Oyunu izləyən hər kəs futbolçuların nə qədər istəkli olduqlarını gördü. Lakin üzərlərində çox böyük təzyiq var idi və onlar bunun öhdəsindən gələ bilmədilər. Qələbəni o qədər çox istəyirdilər ki, hücum zamanı müdafiədə balansı və təhlükəsizliyi unutdular. Nəticədə turnirin əvvəlindəki oyun üslublarından uzaqlaşdılar və psixoloji təzyiq səbəbindən özləri kimi çıxış edə bilmədilər”.
Qeyd edək ki, Türkiyə millisi dünya çempionatının qrup mərhələsində əvvəlcə Avstraliyaya 0:2, daha sonra Paraqvaya 0:1 hesabı ilə məğlub olub. Bu nəticələrdən sonra komanda son turun nəticəsindən asılı olmayaraq pley-off mərhələsinə yüksəlmək şansını itirib.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”