Özbəkistan millisinin müdafiəçisi Abdukodir Xusanov DÇ-2026-da Kolumbiya ilə keçirilən oyundan (1:3) sonra diqqətçəkən addımı ilə gündəmə gəlib.
QOL.az Özbəkistan mediasına istinadən xəbər verir ki, görüş zamanı meydan kənarında çalışan operatoru istəmədən yıxan futbolçu qarşılaşmadan sonra ondan üzr istəyib.
Hadisə ilk hissədə baş verib. Xusanov sol cinahda Kolumbiya millisinin futbolçusu Luis Diasla mübarizə apararkən rəqibini yıxıb. Sürətini saxlaya bilməyən “Mançester Siti”nin müdafiəçisi daha sonra meydan kənarında işləyən operatorla toqquşub.
UPL-in yaydığı məlumata görə, matçdan sonra Xusanov operatorun vəziyyəti ilə maraqlanıb, ondan üzr istəyib və imzalı formasını hədiyyə edib.
Futbolçu formanın üzərinə ingiliscə “I am sorry” (“Bağışlayın”) sözlərini də yazıb. O, operatora tezliklə sağalmağı arzulayıb və dəstəyini ifadə edib.

“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”