Özbəkistan millisinin müdafiəçisi Abdukodir Xusanov DÇ-2026-nın qrup mərhələsində Kolumbiyaya qarşı keçirilən oyunda kuryoz hadisə ilə diqqət çəkib.
QOL.az xarici KİV-ə istinadən xəbər verir ki, görüşün 34-cü dəqiqəsində Xusanov yan xətt yaxınlığında kolumbiyalı hücumçu Luis Diaza qarşı sərt müdaxilə edib. Müdaxilədən sonra sürətini saxlaya bilməyən futbolçu meydanın kənarına çıxaraq oyunu lentə alan televiziya operatoru ilə toqquşub.
Hadisədən sonra oyun qısa müddətə dayandırılıb. Operatora meydan kənarında tibbi yardım göstərilib. Matçın baş hakimi Entoni Teylor isə Luis Diaza qarşı etdiyi qayda pozuntusuna görə Xusanova sarı vərəqə göstərib.
Qeyd edək ki, qarşılaşma Kolumbiya millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu oyun Özbəkistan yığmasının dünya çempionatlarının final mərhələsində keçirdiyi ilk matç olub. Komandanın növbəti görüşü iyunun 23-də Portuqaliyaya qarşı olacaq.

“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”