Klopp özünü “axmaq” adlandırdı – Naqelsmandan üzr istədi

Klopp özünü “axmaq” adlandırdı – Naqelsmandan üzr istədi
DÇ-2026 15 İyun 2026 / 13:45 585
-  A +

Tanınmış mütəxəssis Yurgen Klopp Almaniya millisinin baş məşqçisi Julian Naqelsmanndan canlı yayımda üzr istəyib.

QOL.az "Daily Mail"ə istinadən xəbər verir ki, Klopp dünya çempionatında Almaniya yığmasının heyət seçimi ilə bağlı daha əvvəl səsləndirdiyi fikirlərə görə peşman olduğunu bildirib. O, Naqelsmanın komandanın əsas heyətini hələ də müəyyənləşdirməyə çalışdığını demişdi.

Klopp canlı yayımda çıxışı zamanı bildirib: “Deməli olduğum bir şey var. "Hələ də" ifadəsini işlətməyim ilin ən uğursuz söz birləşməsi idi. Buna görə özümə yumruq vurmaq istəyərdim. Bu, sadəcə düşünülməmiş şəkildə ağzımdan çıxdı və mövzu ilə heç bir əlaqəsi yox idi. Bir də anladım ki, iki gündən sonra 59 yaşım tamam olacaq, amma mən hələ də axmağam. Nə etsəniz də, biz sizin tərəfinizdəyik”.

Qeyd edək ki, Almaniya millisi dünya çempionatının qrup mərhələsinin ilk turunda Kürasaonu 7:1 hesabı ilə məğlub edib. Bundan sonra Klopp Naqelsmanna dəstəyini ifadə edərək əvvəlki açıqlamasına görə üzr istəyib.

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
14.06.26  17:30

"Tottenhem"də qalır

topaz banner