Türkiyə millisinin baş məşqçisi Vinçenso Montella DÇ-2026-nın Avstraliya ilə keçiriləcək ilk qrup oyunu öncəsi fikirlərini bölüşüb.
QOL.az Türkiyə mediasına istinadən xəbər verir ki, italiyalı mütəxəssis Vankuverdə təşkil olunan mətbuat konfransında komandanın həyəcanlı olduğunu gizlətməyib.
“24 ildir gözlədiyimiz matç ərəfəsindıyik. Çox həyəcanlıyıq və yaxşı oyun göstərəcəyimizə inanırıq. Dünya çempionatında bizi hansı çətinliklərin gözlədiyini bilirik. Amma bunların öhdəsindən gələ biləcəyimizə inanırıq. Ölkəmizi qürurlandırmaq istəyirik”, - deyə Montella bildirib.
O, ilk oyunun əhəmiyyətini xüsusi vurğulayıb:
“Qrupdakı bütün komandalar balanslıdır və növbəti mərhələyə yüksəlmək istəyir. İlk oyun həlledici ola bilər. Qələbə komandamıza gələcək üçün ciddi üstünlük qazandıracaq”.
Montella rəqib Avstraliya millisinin güclü tərəflərindən də danışıb:
“Rəqibimizin fiziki cəhətdən çox güclü komanda olduğunu bilirik. İntizamlı futbol oynayırlar, sürətli hücumçulara malikdirlər. Sabah həm fiziki, həm də texniki baxımdan yüksək səviyyədə çıxış etməliyik”.
Türkiyə millisinin baş məşqçisi heyətin aparıcı oyunçularının durumu barədə də məlumat verib:
“Arda Güler, Hakan Çalhanoğlu və Kenan Yıldızın hazırda 90-100 dəqiqə yüksək tempdə oynaya biləcəyinə tam əmin deyiləm. Bu məsələ ilə bağlı müəyyən sual işarələrim var”.
Qeyd edək ki, Türkiyə millisi DÇ-2026-nın D qrupundakı ilk oyununu iyunun 14-də Avstraliyaya qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 08:00-da başlanacaq.
Xatırladaq ki, Türkiyə millisi son dəfə mundialda 2002-ci ildə oynayıb.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”