Türkiyə millisinin futbolçusu Ferdi Kadıoğlu 2026-cı il dünya çempionatı ilə bağlı təəssüratlarını bölüşüb.
QOL.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, futbolçu baş məşqçi Vinçentso Montellanın komandada yaratdığı atmosferi yüksək qiymətləndirib və yığmanın böyük inamla turnirə hazırlaşdığını bildirib.
"Kosova ilə matç bitdikdən sonra böyük bir rahatlıq hiss etdik. Asan oyun deyildi. Hava yağışlı, soyuq və küləkli idi. Bir az gərgin idim. Lakin oyun bitdikdə və dünya çempionatına vəsiqə qazandığını anladıqda, bu, bir yuxu kimi gəlir. Xüsusilə ölkəmiz üçün 24 il çox uzun bir müddətdir. Hər kəs Amerikada oynayacağımız üçün çox həyəcanlıdır".
O, Montellanın komandaya ailə mühiti qazandırdığını və yığmanın istənilən rəqibi məğlub edə biləcək potensiala sahib olduğunu qeyd edib.
"Montella çox yaxşı atmosfer yaradıb. Hər kəs milli komandaya gəlmək və birlikdə olmaq istəyir. Əsl ailə mühiti var. Komandaya gəldiyi ilk gündən bizi hər rəqibi məğlub edə biləcəyimizə və hər şeyin mümkün olduğuna inandırdı. Bizi Avropa çempionatına apardı, 1/4 finala yüksəldik. İndi isə dünya çempionatındayıq. İllər sonra Almaniyanı, həmçinin Xorvatiyanı məğlub etdik. Bütün futbolçular bir-birinə ailə kimi bağlıdır".
Futbolçu DÇ-2026-dakı əsas məqsədlərinin qrupdan çıxmaq və mümkün qədər irəli getmək olduğunu bildirib:
"Avropa çempionatında 1/4 finala qədər irəliləyə biləcəyimizi göstərdik. Ümid edirəm ki, dünya çempionatında bundan da irəli gedəcəyik".
Qeyd edək ki, Türkiyə millisi D qrupunda Paraqvay, ABŞ və Avstraliya yığmaları ilə mübarizə aparacaq.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”